terça-feira, 28 de abril de 2015

LUKA: AZERBAIJAN


Luka 1
1 Hörmәtli Teofil, çoxları aramızda baş vermiş hadisәlәrin tarixçәsini yazmağa cәhd göstәrib. 2 Әvvәldәn bәri Kәlamı öz gözlәri ilә görәnlәr vә Ona xidmәt edәnlәr bu hadisәlәri bizә nәql etdiyi kimi 3 mәn dә әvvәlcәdәn hәr şeyi diqqәtlә araşdırıb bunları sәnә ardıcıllıqla yazmağı münasib bildim. 4 Belә ki sәn öyrәndiyin şeylәrin doğru olduğunu bilәsәn. 5 Yәhudeya padşahı Hirodun dövründә Aviya bölüyündәn olan Zәkәriyyә adlı bir kahin var idi. Arvadı da Harun nәslindәn idi, adı Elizavet idi. 6 Onların hәr ikisi Allahın gözündә saleh idi vә Rәbbin qoyduğu әmr vә qaydaların hamısına nöqsansız әmәl edirdilәr. 7 Amma Elizavet sonsuz olduğuna görә onların övladı yox idi. Hәr ikisinin yaşı çox idi. 8 Bir gün Zәkәriyyә öz bölüyünün növbәsindә Allahın önündә kahinlik xidmәtini icra edirdi. 9 Rәbbin mәbәdinә daxil olub buxur yandırmaq üçün kahinlik adәtinә görә atılan püşk ona düşdü. 10 Buxur yandırma zamanı bütün camaat mәbәddәn kәnarda dua edirdi. 11 Bu vaxt Rәbbin bir mәlәyi buxur qurbangahının sağında durub Zәkәriyyәyә göründü. 12 Zәkәriyyә bunu görüb tәlaşa düşdü vә çox qorxdu. 13 Mәlәk isә ona dedi: "Qorxma, Zәkәriyyә! Sәnin duan eşidildi. Arvadın Elizavet sәnә bir oğul doğacaq. Sәn dә onun adını Yәhya qoy. 14 Sәn sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gәlmәsinә görә sevinәcәk. 15 Çünki o, Rәbbin gözündә böyük olacaq. O, şәrab vә başqa keflәndirici içki içmәyәcәk; hәlә ana bәtnindә olarkәn Müqәddәs Ruhla dolu olacaq. 16 O, İsrail övladlarının çoxunu Allahı Rәbb tәrәfә döndәrәcәk. 17 Ataların ürәklәrini övladlarına, itaәtsiz adamları salehlәrin düşüncә tәrzinә yönәltmәk vә Rәbbә hazırlanmış xalqı yetişdirmәk üçün İlyasın ruhu vә qüvvәti ilә Rәbbin önündә gedәcәk". 18 Zәkәriyyә mәlәyә dedi: "Mәn bunu necә bilәrәm? Axı mәn çox yaşlıyam, elә arvadımın da yaşı ötüb". 19 Mәlәk ona cavab verdi: "Mәn Allahın önündә dayanan Cәbrayılam vә sәninlә danışıb bu müjdәni sәnә çatdırmaq üçün göndәrilmişәm. 20 Budur, vaxtında hәyata keçәcәk sözlәrimә inanmadığına görә bu yerinә yetәn günәdәk sәn lal olub danışa bilmәyәcәksәn". 21 Bu vaxt camaat Zәkәriyyәni gözlәyirdi vә onun mәbәddә lәngimәsinә heyrәt edirdi. 22 O isә mәbәddәn çıxıb xalqla danışa bilmәdi. Onlar da Zәkәriyyәnin mәbәddә görüntü gördüyünü başa düşdülәr. Zәkәriyyә xalqa işarә edirdi vә lal olaraq qaldı. 23 Zәkәriyyә xidmәt vaxtı qurtaranda evinә qayıtdı. 24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı vә beş ay evindәn çıxmadı. 25 O deyirdi: "Bunu mәnim üçün Rәbb etdi. Bu vaxt O mәnә nәzәr salıb mәni el arasında xәcalәtdәn qurtardı". 26 Elizavetin hamilәliyinin altıncı ayında mәlәk Cәbrayıl Allah tәrәfindәn Qalileyadakı Nazaret adlanan şәhәrә, 27 Davudun nәslindәn olan Yusif adlı bir kişiyә nişanlanan bakirә qızın yanına göndәrildi. Hәmin qızın adı Mәryәm idi. 28 Mәlәk onun yanına gәlib dedi: "Salam, ey lütfә nail olmuş qız! Rәbb sәninlәdir". 29 Mәryәm bu sözlәrdәn tam lәrzәyә gәldi vә ürәyindә bu salamın nә demәk olduğu barәdә düşünmәyә başladı. 30 Mәlәk ona dedi: "Qorxma, Mәryәm, çünki sәn Allahın lütfünә nail oldun. 31 Sәn hamilә olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32 O, böyük olacaq vә Haqq-Taalanın Oğlu adlanacaq. Rәbb Allah Ona atası Davudun taxtını verәcәk. 33 O, Yaqub nәslinin üzәrindә әbәdi olaraq Padşah olacaq vә Onun Padşahlığının sonu olmayacaq". 34 Mәryәm mәlәyә dedi: "Bu necә olacaq? Mәn heç kişi üzü görmәmişәm". 35 Mәlәk cavabında ona dedi: "Müqәddәs Ruh sәnin üzәrinә enәcәk, Haqq-Taalanın qüdrәti üstünә kölgә salacaq. Buna görә dә doğulacaq müqәddәs Övlad Allahın Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin dә yaşlı vaxtında bәtninә oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilәdir. 37 Çünki Allah üçün mümkün olmayan şey yoxdur". 38 Onda Mәryәm dedi: "Mәn Rәbbin quluyam, qoy mәnә sәnin dediyin kimi olsun". Mәlәk onu tәrk edib getdi. 39 O vaxt Mәryәm tәlәsik qalxıb Yәhudanın dağlıq bölgәsindәki bir şәhәrә yollandı. 40 O, Zәkәriyyәnin evinә girib Elizaveti salamladı. 41 Elizavet Mәryәmin salamını eşidәndә bәtnindәki körpә tәrpәndi. Elizavet dә Müqәddәs Ruhla dolub 42 uca sәslә çığırdı: "Sәn qadınlar arasında xeyir-dualısan, sәnin bәtninin bәhrәsi dә xeyir-dualıdır! 43 Bu necә oldu ki, Rәbbimin anası yanıma gәlib? 44 Bax sәnin salamının sәsi qulağıma çatanda bәtnimdәki körpә sevinclә tәrpәndi. 45 Rәbbin ona dediyi sözlәrin yerinә yetәcәyinә inanan qadın nә bәxtiyardır!". 46 Mәryәm isә dedi: 47 "Qәlbim Rәbbi ucaldır, Ruhum Xilaskarım Allaha görә şadlanır, 48 Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nәsillәr mәni bәxtiyar sayacaq, 49 Çünki Qadir Olan mәnim üçün böyük işlәr etdi, Onun adı müqәddәsdir! 50 Onun mәrhәmәti dә nәsildәn-nәslә Ondan qorxanlara göstәrilәr. 51 O, qolu ilә qüdrәtli işlәr gördü, Ürәklәrindә qürurla düşünәnlәri pәrәn-pәrәn saldı. 52 Hökmdarları taxtlarından endirdi, Mәzlumları yüksәltdi. 53 Acları nemәtlәrlә doydurdu, Varlıları isә әliboş yola saldı. 54 Rәbb Qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza әbәdi vәd etdiyi kimi İbrahimә vә onun nәslinә әbәdilik Mәrhәmәt göstәrmәyi yada saldı". 56 Mәryәm Elizavetin yanında üç aya yaxın qalıb evinә qayıtdı. 57 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58 Onun qohum-qonşuları Rәbbin ona böyük mәrhәmәt göstәrdiyini eşidәndә onunla birgә sevindilәr. 59 Sәkkizinci gün körpәni sünnәt etmәyә gәldilәr. Ona atası Zәkәriyyәnin adını qoymaq istәdilәr. 60 Körpәnin anası isә dedi: "Yox, onun adı Yәhya olacaq". 61 Ona dedilәr: "Axı qohumların arasında belә adı olan bir kәs yoxdur". 62 Körpәnin atasından körpәyә nә ad qoyulmasını işarә ilә soruşdular. 63 O, bir yazı lövhәciyi istәyib yazdı: "Onun adı Yәhyadır".Hamı heyrәtә gәldi. 64 Hәmin o anda Zәkәriyyәnin dili açıldı. O, Allaha alqış etmәyә başladı. 65 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisәlәr haqqında Yәhudeyanın dağlıq bölgәsinin hәr yerindә danışırdılar. 66 Bu barәdә eşidәn hәr bir kәs fikrә gedib deyәrdi: "Bu körpә böyüyüb nә olacaq?" Çünki Rәbbin әli onun üzәrindә idi. 67 Körpәnin atası Zәkәriyyә Müqәddәs Ruhla dolub belә peyğәmbәrlik etdi: 68 "Alqış olsun İsrailin Allahı Rәbbә! Çünki Öz xalqına nәzәr salıb onları satın aldı. 69 O, qulu Davudun nәslindәn Bizә qüdrәtli Xilaskar yetirdi. 70 Qәdimdәn bәri Öz müqәddәs peyğәmbәrlәrinin vasitәsilә bildirdiyi kimi 71 Düşmәnlәrimizdәn vә bizә nifrәt edәnlәrin әlindәn bizi xilas etdi. 72 Belәcә ata-babalarımıza mәrhәmәt göstәrib Öz müqәddәs Әhdini xatırladı. 73 Atamız İbrahimә and içdiyi kimi Bizә elә güc verdi ki, 74 Düşmәnlәrimizin әlindәn qurtulub Hәyatımız boyu qorxmadan Rәbbin önündә Müqәddәslik vә salehliklә Ona ibadәt edәk. 76 Ey körpә, sәn Haqq-Taalanın peyğәmbәri adlanacaqsan, Çünki Rәbbin önündә gedәcәksәn, Onun yolunu hazırlayacaqsan. 77 Onun xalqına günahlarının bağışlanması ilә Xilas olunmaları barәdә bildirәcәksәn. 78 Axı Allahımızın ürәyi mәrhәmәtlidir, Onun bu mәrhәmәtinә görә Ucalarda bizim üçün Günәş doğacaq ki, 79 Zülmәtdә vә ölüm kölgәsindә oturanların üzәrinә nur saçsın, Ayaqlarımızı sülh yoluna yönәltsin". 80 Körpә isә böyüyüb ruhәn qüvvәtlәnirdi vә İsrail xalqına görünәn günәdәk çöldә qaldı.
Luka 2
1 O günlәrdә qeysәr Avqust bütün Roma ölkәsi üçün siyahıyaalma keçirmәk barәsindә fәrman verdi. 2 Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. 3 Hamı siyahıya alınmaq üçün öz şәhәrinә yollandı. 4 Yusif dә Davudun әsil-nәslindәn olduğuna görә Qalileyanın Nazaret şәhәrindәn çıxıb Yәhudeyaya, Davudun şәhәri olan Bet-Lexemә yollandı. 5 O oraya hamilә olan nişanlısı Mәryәmlә birlikdә siyahıya alınmaq üçün getdi. 6 Onlar orada olarkәn Mәryәmin doğuş vaxtı çatdı. 7 O, ilk Oğlunu doğdu. Körpәni bәlәyib axura qoydu, çünki qonaq evindә onlara yer tapılmadı. 8 O әrazidә sürülәrinin yanında gecә növbәsini çәkәn çobanlar var idi. Onlar çöldә gecәlәyirdi. 9 Birdәn Rәbbin bir mәlәyi onların qarşısında zühur etdi vә Rәbbin ehtişamı onların üzәrinә nur saçdı. Çobanları böyük qorxu bürüdü. 10 Mәlәk onlara dedi: "Qorxmayın! Mәn sizә bütün xalqı çox sevindirәcәk bir Müjdә gәtirmişәm. 11 Bu gün Davudun şәhәrindә sizin üçün Xilaskar doğuldu. Bu, Rәbb Mәsihdir. 12 Sizә әlamәt bu olacaq: axurda yatan bәlәnmiş Körpә tapacaqsınız". 13 Qәflәtәn mәlәyin yanında Allaha hәmd edәn çoxsaylı sәmavi ordu göründü. Onlar belә deyirdi: 14 "Әn ucalarda Allaha izzәt, Yer üzündә Onun razı olduğu insanlara sülh olsun!" 15 Mәlәklәr çobanları tәrk edib göyә qalxandan sonra onlar bir-birinә dedi: "Gәlin Bet-Lexemә gedәk vә Rәbbin bizә bildirdiyi bu baş vermiş hadisәni görәk". 16 Onlar tәlәsik getdi. Mәryәmi, Yusifi vә axurda yatan Körpәni tapdılar. 17 Çobanlar Körpәni görәndә Onun haqqında onlara nәql edilәnlәri bildirdilәr. 18 Bunu eşidәnlәrin hamısı çobanların sözlәrindәn heyrәtә gәldi. 19 Mәryәm isә bütün bu şeylәri dәrin düşünәrәk öz ürәyindә saxlayırdı. 20 Çobanlar bütün gördüklәri vә eşitdiklәrinә görә Allahı izzәtlәndirib hәmd edәrәk geri qayıtdılar. Çünki hәr şey onlara söylәdiklәri kimi baş vermişdi. 21 Sәkkizinci gün Körpәnin sünnәt olunması vaxtı gәlәndә Onun adını İsa qoydular. Bu ad ona ana bәtninә düşmәzdәn әvvәl mәlәk tәrәfindәn verilmişdi. 22 Musanın Qanununa görә paklanma dövrü tamamlanandan sonra Yusiflә Mәryәm Körpәni Rәbbә hәsr etmәk üçün Yerusәlimә gәtirdilәr, 23 necә ki Rәbbin Qanununda yazılıb: "Bәtndәn ilk doğulan bütün oğlanlar Rәbb üçün müqәddәs sayılsın". 24 Hәmçinin onlar qurban tәqdim etdi, necә ki Rәbbin Qanununda әmr olunub: "İki qumru quşu yaxud iki göyәrçin balası". 25 O vaxt Yerusәlimdә Şimeon adlı bir adam var idi. O, saleh vә mömin idi. İsrailә tәsәlli verilәcәyini gözlәyirdi vә Müqәddәs Ruh onun üzәrindә idi. 26 Müqәddәs Ruh ona әvvәlcәdәn açıqlamışdı ki, o, Rәbbin Mәsihini görmәyincә ölmәyәcәk. 27 Belәliklә, Şimeon Ruhdan ilham alıb mәbәdә gәldi. Körpәnin ata-anası Qanunda qoyulan adәtә әmәl etmәk üçün Körpә İsanı mәbәdә gәtirәndә 28 Şimeon Körpәni qucağına götürdü vә Allaha alqış edәrәk belә dedi: 29 "Ey Pәrvәrdigar, indi Sәnin sözünә görә Mәn – Sәnin qulun arxayın ölә bilәrәm. 30 Çünki bütün xalqların gözlәri önündә hazırladığın xilası, Millәtlәrә aşkar edәn nuru, Xalqın İsrail üçün dә izzәti Öz gözlәrimlә gördüm". 33 Körpәnin ata-anası Onun barәsindә deyilәn sözlәrә görә heyrәtә gәldi. 34 Şimeon onlara xeyir-dua verib Körpәnin anası Mәryәmә belә dedi: "Bu Körpә İsraildә bir çox adamın yıxılmasının ya ucalmasının sәbәbkarı vә insanların rәdd etdiyi bir әlamәt olmaq üçün tәyin olunub. 35 Sәnin köksünә isә sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qәlbindәki fikirlәrin aşkara çıxması üçün olacaq". 36 Orada Aşer qәbilәsindәn olan Penuel qızı Xanna adlı qadın peyğәmbәr dә var idi. O, çox yaşlı idi. Gәnc yaşında әrә getmiş, әri ilә yeddi il yaşayıb dul qalmışdı. 37 Bu, sәksәn dörd yaşında dul qadın idi. O, mәbәdi tәrk etmirdi vә oruc tutub dua edәrәk gecә-gündüz Rәbbә ibadәt edirdi. 38 Xanna da bu zaman yaxınlaşdı vә Allaha şükür edәrәk Yerusәlimin satın alınmasını gözlәyәn bütün adamlara Körpә İsa barәdә nәql etmәyә başladı. 39 Yusiflә Mәryәm Rәbbin Qanununa әsasәn hәr şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şәhәrlәri olan Nazaretә qayıtdı. 40 Uşaq böyüyür, qüvvәtlәnir vә hikmәtdә yetkinlәşirdi. Allahın lütfü dә Onun üzәrindә idi. 41 Hәr il İsanın ata-anası Pasxa bayramında Yerusәlimә gedәrdi. 42 İsanın on iki yaşı tamam olanda onlar bayram adәtinә görә yenә ora getdilәr. 43 Bayram qurtarandan sonra onlar evә yollandı. Amma yeniyetmә İsa Yerusәlimdә qaldı, onun ata-anasının isә bundan xәbәri yox idi. 44 Onlar İsanın sәyyahlar dәstәsi içindә getdiyini düşünürdü. Amma bir günlük yolu gedәndәn sonra Onu dostların vә qohumların arasında axtarmağa başladılar. 45 Onu tapmadılar vә axtara-axtara Yerusәlimә qayıtdılar. 46 Üç gündәn sonra Onu mәbәddә tapdılar. İsa müәllimlәr arasında oturmuşdu vә onlara qulaq asır, suallar verirdi. 47 Onu dinlәyәn hәr kәs Onun zәkasına vә verdiyi cavablara mat qalırdı. 48 Ata-anası Onu görüb tәәccüblәndi. İsanın anası Ona dedi: "Oğlum, bu nәdir başımıza gәtirdin? Atanla mәn nigaran qalıb sәni axtarırdıq". 49 İsa onlara cavab verdi: "Mәni nә üçün axtarırdınız? Mәgәr bilmirdiniz ki, Mәn Atamın evindә olmalıyam?" 50 Amma onlar Onun nә demәk istәdiyini başa düşmәdi. 51 Sonra İsa ata-anası ilә Nazaretә qayıtdı. O, ata-anasına itaәtli idi. Onun anası isә bütün bu şeylәri öz ürәyindә saxlayırdı. 52 İsa böyüyürdü vә hikmәtdә artırdı. O, Allahın vә insanların qarşısında lütf qazanırdı.
Luka 3
1 Qeysәr Tiberinin hakimiyyәtinin on beşinci ili idi. O dövrdә Ponti Pilat Yәhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya vә Traxonitis bölgәsindә, Lisaniya Abileniyada hökmranlıq edirdi. 2 Xananla Qayafa baş kahin idi. O vaxt çöldә Zәkәriyyәnin oğlu Yәhyaya Allahın kәlamı nazil oldu. 3 O da İordan çayının әtrafındakı bütün bölgәni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbә edib vәftiz olunmasını vәz edirdi. 4 Necә ki Yeşaya peyğәmbәrin kitabında yazılıb: "Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin. 5 Hәr dәrә yüksәldilәcәk, Hәr dağ vә tәpә aşağı endirilәcәk, Yoldakı әyriliklәr düzәlәcәk, Kәlә-kötür yerlәr hamar edilәcәk. 6 Bütün bәşәr Allahın xilasını görәcәk”". 7 Yәhya vәftiz olunmaq üçün yanına gәlәn camaata deyirdi: "Ey gürzәlәr nәsli! Üzәrinizә gәlәcәk qәzәbdәn canınızı qurtarmağı sizin beyninizә kim yeridib? 8 İndi isә tövbәyә layiq bәhrәlәr verin. Ürәyinizdә “atamız İbrahimdir” demәyә başlamayın. Mәn sizә deyirәm ki, Allah bu daşlardan İbrahimә övlad yaratmağa qadirdir. 9 Artıq balta ağacların dibindә yatır. Belәliklә, yaxşı bәhrә vermәyәn hәr ağac kәsilir vә oda atılır". 10 Camaat ondan soruşurdu: "Bәs biz nә edәk?" 11 Yәhya onlara belә cavab verdi: "İki köynәyi olan birini köynәyi olmayana versin. Hәmçinin yemәyi olan adam da olmayanla bölüşsün". 12 Vergiyığanlar da vәftiz olunmaq üçün onun yanına gәlib soruşdu: "Müәllim, biz nә edәk?" 13 Yәhya onlara dedi: "Sizә tapşırılan mәblәğdәn artıq vergi yığmayın". 14 Bәzi әsgәrlәr dә gәlib ondan soruşdu: "Bәs biz nә etmәliyik?" Yәhya da onlara cavab verdi: "Heç kimdәn zorla pul almayın, nahaq yerә ittiham etmәyin, aldığınız maaşla kifayәtlәnin". 15 Xalq ümidlә gözlәyirdi vә hamı ürәyindә Yәhya haqqında öz-özündәn soruşurdu: "Görәsәn bu, Mәsihdirmi?" 16 Yәhya onların hamısına belә cavab verdi: "Mәn sizi su ilә vәftiz edirәm, amma mәndәn daha Qüdrәtlisi gәlir. Mәn Onun çarıqlarının bağını açmağa belә, layiq deyilәm. O sizi Müqәddәs Ruhla vә odla vәftiz edәcәk. 17 Öz xırmanını sovurmaq vә taxılı anbarına toplamaq üçün kürәyi әlindә hazırdır. Külәşi isә sönmәz odda yandıracaq". 18 Yәhya çoxlu başqa öyüd-nәsihәt verәrәk xalqa Müjdәni vәz edirdi. 19 Amma Yәhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına vә etdiyi hәr cür pis işlәrә görә mәzәmmәt etdikdә 20 Hirod etdiyi bütün pis işlәrә bunu da әlavә edәrәk Yәhyanı zindana saldırdı. 21 Bütün xalq vәftiz olunanda İsa da vәftiz olundu. O dua edәrkәn göy yarıldı, 22 Müqәddәs Ruh bәdәncә, göyәrçin şәklindә Onun üzәrinә endi. Göydәn bir sәda gәldi: "Sәn Mәnim sevimli Oğlumsan, Sәndәn razıyam". 23 İsa Öz xidmәtinә başlayanda tәxminәn otuz yaşında idi. İnsanların zәnnincә, O, Yusif Oğlu Eli oğlu 24 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30 Şimeon oğlu Yәhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33 Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yәhuda oğlu 34 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38 Enoş oğlu Şet oğlu Adәm oğlu Allah oğlu idi.
Luka 4
1 İsa Müqәddәs Ruhla dolaraq İordan çayından qayıtdı vә Ruh tәrәfindәn sәhraya aparıldı. 2 Orada İsa qırx gün әrzindә iblis tәrәfindәn sınağa çәkildi. Bu müddәtdә İsa heç nә yemәdi vә qırx gün keçәndәn sonra acdı. 3 İblis Ona dedi: "Әgәr Sәn Allahın Oğlusansa, bu daşa әmr et ki, çörәyә dönsün". 4 Lakin İsa ona belә cavab verdi: "“İnsan yalnız çörәklә yaşamaz” deyә yazılmışdır". 5 Sonra iblis İsanı yuxarıya çıxardı vә bir anda dünyanın bütün padşahlıqlarını Ona göstәrdi. 6 İblis İsaya dedi: "Mәn bütün bunların üzәrindәki sәlahiyyәti vә şan-şöhrәti Sәnә verәcәyәm. Çünki bunlar mәnә verilib vә mәn kimә istәsәm, ona verә bilәrәm. 7 Bax әgәr Sәn mәnә sәcdә etsәn, bunların hamısı sәnin olacaq". 8 İsa ona belә cavab verdi: "“Allahın Rәbbә sәcdә et vә yalnız Ona ibadәt et” deyә yazılmışdır". 9 Sonra iblis Onu Yerusәlimә apardı vә mәbәdin qüllәsinә qoyub dedi: "Әgәr Sәn Allahın Oğlusansa, özünü buradan aşağı at. 10 Axı “Allah Sәnә görә mәlәklәrinә әmr edәr ki, Sәni qorusunlar, 11 Sәni әllәri üstündә aparsınlar, Ayağın bir daşa dәymәsin” deyә yazılmışdır". 12 Amma İsa cavabında ona belә dedi: "“Allahın Rәbbi sınama” deyilmişdir". 13 İblis sınaqların hamısını qurtarandan sonra bir müddәt Onu tәrk etdi. 14 İsa Ruhun qüdrәti ilә Qalileyaya qayıtdı. Onun haqqında xәbәr bütün bölgәyә yayıldı. 15 İsa oranın sinaqoqlarında tәlim öyrәtmәyә başladı. Hamı Onu izzәtlәndirirdi. 16 İsa böyüdüyü Nazaret şәhәrinә gәldi vә adәtinә görә Şәnbә günü sinaqoqa getdi. O, Müqәddәs Yazılardan oxumaq üçün ayağa qalxdı. 17 Ona Yeşaya peyğәmbәrin kitabını verdilәr. İsa tumarı açıb bu sözlәr yazılan hissәni tapdı: 18 "Rәbbin Ruhu üzәrimdәdir, Çünki fәqirlәrә Müjdәni bildirmәk üçün O Mәni mәsh etdi. Әsirlәrә azadlıq, Korlara gözlәrinin açılmasını elan etmәk üçün, Mәzlumları sәrbәstliyә buraxmaq üçün, 19 Rәbbin lütf ilini bәyan etmәk üçün Mәni göndәrdi". 20 Sonra İsa tumarı bağladı vә xidmәtçiyә verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqәtlә baxırdı. 21 İsa onlara "eşitdiyiniz bu Müqәddәs Yazı bu gün yerinә yetdi" deyә danışmağa başladı. 22 Bu vaxt hamı Onun haqqında yaxşı sözlәr deyirdi vә Onun ağzından çıxan lütf dolu kәlmәlәrә heyrәt edirdi. Onlar "Mәgәr bu, Yusifin Oğlu deyilmi?" deyirdi. 23 İsa onlara belә dedi: "Әlbәttә, siz Mәnә “Ey hәkim, öz-özünә şәfa ver!” mәsәlini xatırladacaqsınız. “Kefernahumda etdiklәrin barәsindә eşitmişik. Burada, Öz yurdunda da hәmin işlәri et!” deyәcәksiniz". 24 Sonra dedi: "Sizә doğrusunu deyirәm: heç bir peyğәmbәr öz yurdunda qәbul edilmәz. 25 Yenә dә sizә hәqiqәti deyirәm ki, İlyasın dövründә göy üç il altı ay әrzindә bağlı qalıb bütün ölkәdә böyük aclıq olanda İsraildә çoxlu dul qadın var idi. 26 Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şәhәrindә olan bir dul qadının yanına göndәrildi. 27 Elişa peyğәmbәrin dövründә İsraildә çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu". 28 Sinaqoqdakı camaatın hamısı bu sözlәri eşidib hiddәtlәndi. 29 Onlar ayağa durdular vә İsanı şәhәrin kәnarına qovdular. Onu uçurumdan atmaq üçün şәhәrin qurulduğu tәpәnin başına gәtirdilәr. 30 Amma İsa onların arasından keçәrәk oradan çıxıb getdi. 31 İsa Qalileyanın Kefernahum şәhәrinә gәldi vә Şәnbә günü onlara tәlim öyrәtmәyә başladı. 32 Onun tәliminә tәәccüblәnirdilәr, çünki O, sәlahiyyәtlә danışırdı. 33 Hәmin vaxt sinaqoqda cinә – natәmiz ruha tutulmuş bir nәfәr var idi. O ucadan çığırdı: 34 "Nә olub? Ey Nazaretli İsa, bizdәn nә istәyirsәn? Bizi mәhv etmәyәmi gәlmisәn? Mәn bilirәm Sәn Kimsәn: Allahın Müqәddәsisәn!" 35 Amma İsa ona qadağan edib dedi: "Sus vә bu adamdan çıx!" Cin bu adamı hamının qabağında yerә yıxıb heç bir zәrәr vermәdәn ondan çıxdı. 36 Hamı heyrәtә düşdü vә bir-birinә dedi: "Bu söz nәdir? O, natәmiz ruhlara sәlahiyyәt vә qüdrәtlә әmr edir, onlar da çıxır!" 37 İsa haqqında xәbәr bu bölgәnin hәr yerinә yayıldı. 38 İsa sinaqoqdan çıxıb Şimonun evinә gәldi. Şimonun qayınanası isә yüksәk qızdırma içindә yatırdı. Bu qadından ötrü İsadan kömәk istәdilәr. 39 İsa ona yaxınlaşıb qızdırma xәstәliyinә qadağan etdi vә qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmәt etmәyә başladı. 40 Gün batanda hamı müxtәlif xәstәliyә tutulanları İsanın yanına gәtirdi. O hәr birinin üzәrinә әllәrini qoyub onlara şәfa verdi. 41 Bir çoxlarından isә cinlәr "Sәn Allahın Oğlusan!" deyә bağıraraq çıxırdı. O isә onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Mәsih olduğunu bilirdilәr. 42 Sәhәr açılanda İsa çıxıb kimsәsiz bir yerә getdi. Camaat isә Onu axtarırdı vә İsanın yanına gәlib onları tәrk etmәsin deyә Onu yanlarında saxlamaq istәdilәr. 43 Lakin İsa onlara dedi: "Mәn o biri şәhәrlәrә dә Allahın Padşahlığının Müjdәsini yaymalıyam, çünki Mәn bunun üçün göndәrilmişәm". 44 Belәliklә, İsa Yәhudeyanın sinaqoqlarında vәz etmәyә davam etdi.
Luka 5
1 Bir gün İsa Ginesar gölünün sahilindә dayanmışdı. İzdiham İsanı dövrәyә almışdı vә Allahın kәlamına qulaq asırdı. 2 İsa göl kәnarında duran iki qayıq gördü. Balıqçılar isә qayıqdan çıxıb torlarını yuyurdular. 3 İsa iki qayıqdan birinә – Şimonun qayığına minib onu gölün kәnarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu vә qayıqdan izdihama tәlim öyrәtmәyә başladı. 4 O, sözünü qurtaranda Şimona dedi: "Qayığı dәrinliyә aparın vә torlarınızı balıq tutmaq üçün suya atın". 5 Şimon cavab verdi: "Ustad, biz bütün gecә çalışdıq, lakin heç nә tuta bilmәdik. Amma Sәnin sözünә görә yenә dә torları ataram". 6 Bunu etdilәr vә o qәdәr balıq tutdular ki, hәtta torları cırılmağa başladı. 7 O biri qayıqdakı yoldaşlarına da işarә etdilәr ki, gәlib kömәk etsinlәr. Onlar gәlib hәr iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. 8 Şimon Peter bunu gördükdә İsanın ayaqlarına düşdü vә belә dedi: "Ya Rәbb, mәndәn uzaqlaş, axı mәn günahkar bir adamam". 9 Çünki özü dә, yanındakılar da tutduqları balıqların çoxluğuna görә heyrәtә düşmüşdü. 10 Şimonla ortaq olan Yaqub vә Yәhya adlı Zavday oğulları da eyni hisslәr keçirirdi. Amma İsa Şimona belә dedi: "Qorxma, bundan belә, balıq әvәzinә adam tutacaqsan". 11 Onlar qayıqları göl kәnarına çıxarıb hәr şeyi atdılar vә İsanın ardınca getdilәr. 12 Bir gün İsa şәhәrlәrin birindә olarkәn bütün bәdәni cüzama tutulmuş bir kişi ilә rastlaşdı. Bu adam İsanı görüb üzüstә yerә qapanaraq yalvardı: "Ya Rәbb, әgәr istәsәn, mәni pak edә bilәrsәn". 13 İsa әlini uzadıb ona toxundu vә dedi: "İstәyirәm, pak ol!" Dәrhal bu adam cüzamdan sağaldı. 14 İsa ona tapşırdı ki, heç kәsә bir söz söylәmәsin vә dedi: "Amma get, özünü kahinә göstәr. Hәr kәsә şәhadәt olsun deyә sәnin cüzamdan paklandığın üçün Musanın buyurduğuna әsasәn tәqdimlәr apar". 15 Amma indi İsa barәsindә xәbәr daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gәlirdi ki, Ona qulaq assın vә xәstәliklәri şәfa tapsın. 16 Amma İsa kimsәsiz yerlәrә çәkilib dua edirdi. 17 Bir gün İsa tәlim öyrәdirdi. Qalileyanın vә Yәhudeyanın bütün kәndlәrindәn vә Yerusәlimdәn gәlәn fariseylәr vә Qanun müәllimlәri Onun yanında oturmuşdu. Onda şәfa vermәk üçün Rәbbin qüdrәti var idi. 18 Bu vaxt bir neçә nәfәr yataqda yatan bir iflic adamı gәtirdi. Onlar bu adamı içәri gәtirib İsanın önünә qoymağa çalışırdılar. 19 Amma böyük izdihama görә iflici İsanın yanına gәtirә bilmirdilәr. Ona görә dә evin damına çıxıb kirәmitlәri söküb açdıqları yerdәn xәstәni yatağı ilә birgә aşağı endirdilәr vә ortalığa, İsanın qarşısına qoydular. 20 İsa onların imanını görüb dedi: "Dostum, günahların bağışlandı". 21 İlahiyyatçılar vә fariseylәr belә düşünmәyә başladı: "Küfr danışan bu Adam kimdir ki? Tәk Allahdan başqa günahları kim bağışlaya bilәr?" 22 İsa onların nә fikirlәşdiyini dәrk edib cavab verdi: "Niyә ürәyinizdә belә düşünürsünüz? 23 Bax hansı daha asandır? “Günahların bağışlandı” demәkmi, yoxsa “Qalx, yeri!” demәk? 24 Lakin siz bilin ki, Bәşәr Oğlunun yer üzündә günahları bağışlamaq sәlahiyyәti var" vә iflicә dedi: "Sәnә deyirәm, qalx, yatağını götür, evinә get!" 25 Xәstә dәrhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü vә Allahı izzәtlәndirәrәk evinә getdi. 26 Hamı mat qaldı vә Allahı izzәtlәndirib böyük qorxu içindә dedi: "Bu gün möcüzәli işlәr gördük!" 27 Bundan sonra İsa bayıra çıxdı vә vergi yığılan yerdә oturan Levi adlı vergiyığanı görüb ona dedi: "Ardımca gәl". 28 O da durub hәr şeyi atdı vә İsanın ardınca getdi. 29 Sonra Levi evindә İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgә bir çox vergiyığan vә başqa adamlar süfrәyә oturmuşdu. 30 Fariseylәrlә onların ilahiyyatçıları şikayәt etmәyә başladı. Onlar İsanın şagirdlәrinә dedi: "Niyә vergiyığanlar vә günahkarlarla birgә yeyib-içirsiniz?" 31 Amma İsa onlara belә cavab verdi: "Sağlamların deyil, xәstәlәrin hәkimә ehtiyacı var. 32 Mәn salehlәri deyil, günahkarları tövbәyә çağırmaq üçün gәlmişәm". 33 Onlarsa İsaya dedi: "Yәhyanın şagirdlәri tez-tez oruc tutub dua edir, fariseylәrin şagirdlәri dә belә edirlәr. Amma Sәninkilәr yeyib-içir". 34 İsa onlara cavab verdi: "Bәy yanlarında olanda sağdışı vә soldışı oruc tutmağa mәcbur edә bilәrsinizmi? 35 Lakin bәyin onların arasından aparılacağı günlәr gәlәcәk vә o zaman oruc tutacaqlar". 36 İsa onlara bir mәsәl dә çәkdi: "Heç kim tәzә paltardan bir parça qoparıb köhnә paltara yamaq vurmaz. Yoxsa tәzә paltar hәm cırılar, hәm dә tәzә paltardan qoparılan parça köhnә paltara yaraşmaz. 37 Heç kim tәzә şәrabı köhnә tuluqlara doldurmaz. Yoxsa tәzә şәrab tuluqları partladar, hәm şәrab tökülәr, hәm dә tuluqlar zay olar. 38 Tәzә şәrab tәzә tuluqlara doldurulmalıdır. 39 Heç kim köhnә şәrabı içdikdәn sonra tәzәsini istәmәz. Çünki deyәr: “Köhnәsi daha yaxşıdır”".
Luka 6
1 Bir Şәnbә günü İsa taxıl zәmilәri arasından keçirdi. Şagirdlәri sünbüllәri qırır vә ovuclarında ovub yeyirdilәr. 2 Fariseylәrdәn bәzisi dedi: "Siz nә üçün Şәnbә günü qadağan olunan işlәri görürsünüz?" 3 İsa onlara cavab verdi: "Davud vә yanındakılar ac olanda nә etdiklәrini oxumamısınızmı? 4 O, Allahın evinә girdi; kahinlәrdәn başqa heç kәsә yemәyә icazә verilmәyәn tәqdis çörәklәrini götürüb yedi, yanındakılara da verdi". 5 Sonra İsa onlara dedi: "Bәşәr Oğlu Şәnbә gününün Sahibidir". 6 Başqa bir Şәnbә günü İsa yenә dә sinaqoqa girib tәlim öyrәdirdi. Orada sağ әli qurumuş bir adam var idi. 7 İlahiyyatçılar vә fariseylәr İsanı ittiham etmәyә bәhanә tapmaq üçün Ona göz qoyurdular ki, görsünlәr, Şәnbә günü şәfa verәcәk ya yox. 8 Amma İsa onların nә düşündüklәrini bilib әli qurumuş kişiyә dedi: "Ayağa qalx vә qabağa çıx!" O adam da ayağa qalxıb ortaya çıxdı. 9 Sonra İsa onlara dedi: "Sizdәn soruşuram, hansına icazә var, Şәnbә günü yaxşılıq, yoxsa pislik etmәyә, kiminsә canını xilas, yoxsa mәhv etmәyә?" 10 İsa әtrafındakıların hamısına baxdı vә o adama dedi: "Әlini uzat!" O da elә etdi vә әli әvvәlki halına qayıtdı. 11 Onlarsa qәzәbdәn coşub İsaya nә edә bilәcәklәri barәdә bir-biri ilә müzakirә etmәyә başladılar. 12 O günlәrdә İsa dua etmәk üçün dağa çıxdı. O bütün gecәni Allaha dua etmәklә keçirtdi. 13 Gün açılanda şagirdlәrini yanına çağırdı vә onlardan on iki nәfәri seçib hәvari adlandırdı: 14 Peter adını da verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yәhya, Filip, Bartalmay, 15 Matta, Tomas, Halfay oğlu Yaqub, Millәtçi adlanan Şimon, 16 Yaqub oğlu Yәhuda vә sonralar xәyanәtkar olan Yәhuda İskaryot. 17 İsa onlarla birgә aşağı endi vә düzәngahda dayandı. Orada çox sayda şagirdlәrindәn ibarәt izdiham var idi. Bütün Yәhudeyadan, Yerusәlimdәn, Sur vә Sidon yaxınlığındakı sahil bölgәlәrindәn çoxlu adam 18 Onu dinlәmәk vә öz xәstәliklәrindәn sağalmaq üçün gәlmişdi. Natәmiz ruhlardan әzab çәkәnlәr dә şәfa tapdılar. 19 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrәt hamını sağaldırdı. 20 İsa Öz şagirdlәrinә nәzәr salıb dedi: "Nә bәxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir. 21 Nә bәxtiyarsınız, ey indi aclıq çәkәnlәr! Çünki doyacaqsınız. Nә bәxtiyarsınız, ey indi ağlayanlar! Çünki gülәcәksiniz. 22 Bәşәr Oğluna görә insanlar sizә nifrәt edәndә, sizi cәmiyyәtdәn qovub tәhqir edәndә, adınızı bәdnam edәndә nә bәxtiyarsınız! 23 O gün sevinin vә sevincdәn atılıb-düşün! Çünki göydә mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğәmbәrlәrlә belә davranıb. 24 Amma vay halınıza, ey varlılar! Çünki artıq tәsәllinizi almısınız. 25 Vay halınıza, ey indi tox olan sizlәr! Çünki aclıq çәkәcәksiniz. Vay halınıza, ey indi gülәnlәr! Çünki yas tutub ağlayacaqsınız. 26 Bütün adamlar sizin barәnizdә yaxşı şeylәr danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğәmbәrlәrlә belә davranıb. 27 Amma sizә deyirәm, ey Mәni dinlәyәnlәr: düşmәnlәrinizi sevin, sizә nifrәt edәnlәrә yaxşılıq edin, 28 sizi lәnәtlәyәnlәrә xeyir-dua verin, sizi incidәnlәr üçün dua edin. 29 Bir üzünә şillә vurana o birini dә çevir vә üst paltarını aparandan köynәyini dә әsirgәmә. 30 Sәndәn bir şey dilәyәn hәr kәsә ver vә sәnin malını aparandan geri istәmә. 31 İnsanların sizinlә necә rәftar etmәsini istәyirsinizsә, siz dә onlarla elә rәftar edin. 32 Әgәr sizi sevәnlәri sevirsinizsә, hansı tәrifә layiqsiniz? Çünki günahkarlar da onları sevәnlәri sevirlәr. 33 Әgәr sizә yaxşılıq edәnlәrә yaxşılıq edirsinizsә, hansı tәrifә layiqsiniz? Çünki günahkarlar da elә edirlәr. 34 Әgәr geri almaq ümidi ilә insanlara borc verirsinizsә, hansı tәrifә layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlәr ki, hәmin borcu tam geri alsınlar. 35 Sizsә düşmәnlәrinizi sevin, onlara yaxşılıq edin vә heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq vә siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara vә pis adamlara da xeyirxahdır. 36 Atanız mәrhәmәtli olduğu kimi siz dә mәrhәmәtli olun. 37 Mühakimә etmәyin, siz dә mühakimә olunmazsınız. Hökm çıxarmayın, sizә dә hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz dә bağışlanacaqsınız. 38 Verin, sizә dә verilәcәk: silkәlәnib basa-basa dolan bol bir ölçü ilә sizә qucaq-qucaq verilәcәk. Çünki hansı ölçü ilә ölçsәniz, sizin üçün dә eyni ölçü ilә ölçülәcәk". 39 İsa onlara yenә dә bir mәsәl çәkdi: "Kor koru apara bilәrmi? İkisi dә çuxura düşmәzmi? 40 Şagird müәllimindәn üstün deyil, amma tam tәlim alandan sonra hәr şagird öz müәllimi kimi olacaq. 41 Sәn nә üçün qardaşının gözündә çöpü görürsәn, amma öz gözündәki tiri seçmirsәn? 42 Öz gözündәki tiri isә görmәdәn qardaşına necә deyә bilәrsәn: “Qardaşım! Qoy gözündәki çöpü çıxarım!” Ey ikiüzlü, әvvәlcә öz gözündәn tiri çıxar, onda aydın görәrsәn ki, qardaşının gözündәki çöpü necә çıxarmaq olar. 43 Yaxşı ağac pis bәhrә gәtirmәz, pis ağac da yaxşı bәhrә gәtirmәz. 44 Çünki hәr ağac öz bәhrәsindәn tanınır. Qaratikandan әncir yığmazlar, tikan kolundan da üzüm dәrmәzlәr. 45 Yaxşı adam ürәyinin yaxşılıq xәzinәsindәn yaxşı şeylәr çıxarır, pis adam isә pislik xәzinәsindәn pis şeylәr çıxarır. Çünki ürәk doluluğundan ağız danışar. 46 Nә üçün Mәni “ya Rәbb, ya Rәbb” deyә çağırırsınız, amma dediklәrimә әmәl etmirsiniz? 47 Mәnim yanıma gәlәn, sözlәrimi eşidib onlara әmәl edәn hәr adamın kimә bәnzәdiyini sizә izah edәrәm: 48 o, ev tikәn elә bir adama bәnzәyir ki, torpağı qazıb dәrinә gedәr vә tәmәli qaya üzәrindә qurar. Daşqın gәldiyi zaman sellәr o evi bassa da, onu sarsıda bilmәz. Çünki ev yaxşı tikilib. 49 Amma sözlәrimi eşidib onlara әmәl etmәyәn kәs torpaq üzәrindә tәmәlsiz ev tikәn adama bәnzәyir. Sellәr o evi basar vә ev o anda uçar. O evin yıxılması bir müsibәt olar".
Luka 7
1 İsa Ona qulaq asan camaata sözlәrini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. 2 Orada bir yüzbaşının çox dәyәrli qulu xәstәlәnib ölüm yatağına düşmüşdü. 3 Bu yüzbaşı İsa haqqında eşidәndә gәlib qulunu sağaltsın deyә Yәhudilәrin bәzi ağsaqqallarını Onun yanına göndәrdi. 4 Onlar İsanın yanına gәlib Ona ürәkdәn yalvardılar vә belә dedilәr: "Bu adam Sәnin kömәyinә layiqdir. 5 Çünki o bizim millәtimizi sevir vә bizim üçün sinaqoq tikdirib". 6 İsa onlarla birlikdә yola düşdü. O, evә yaxınlaşarkәn yüzbaşı bәzi dostlarını yollayıb Ona belә xәbәr göndәrdi: "Ya Rәbb, zәhmәt çәkmә. Mәn layiq deyilәm ki, Sәn mәnim evimә girәsәn. 7 Bu sәbәbә görә yanına gәlmәyә dә özümü layiq bilmәdim. Amma bir söz söylә ki, xidmәtçim sağalsın. 8 Çünki mәn dә tabeçilik altında olan bir adamam, mәnim dә tabeçiliyimdә әsgәrlәr var. Birinә “Get!” deyirәm, o gedir, digәrinә isә “Gәl!” deyirәm, o da gәlir. Quluma “Bunu et!” deyirәm, o da edir". 9 Bunu eşidәn İsa yüzbaşıya heyrәt etdi. O dönüb ardınca gәlәn camaata dedi: "Sizә deyirәm: heç İsraildә dә bu qәdәr böyük iman görmәdim". 10 Göndәrilәn adamlar evә qayıdanda xәstә qulun sağlam olduğunu gördülәr. 11 Bundan bir az sonra İsa Nain adlanan bir şәhәrә getdi. İsanın şagirdlәri vә böyük bir izdiham Onu müşayiәt edirdi. 12 O, şәhәr darvazasına yaxınlaşarkәn bir dul ananın yeganә oğlunun cәnazәsi çıxarılırdı. Şәhәr sakinlәrinin çoxu da ana ilә gedirdi. 13 Rәbb onu görәndә ona rәhmi gәldi vә qadına dedi: "Ağlama!" 14 Yaxınlaşıb mafәyә toxundu vә cәnazәni aparanlar dayandılar. İsa dedi: "Ey cavan oğlan, sәnә deyirәm: qalx!" 15 Ölü durub oturdu vә danışmağa başladı. İsa onu anasına verdi. 16 Hamını qorxu bürüdü. "Aramızda böyük bir peyğәmbәr ortaya çıxdı!" vә "Allah Öz xalqına nәzәr saldı!" – deyәrәk Allahı izzәtlәndirdilәr. 17 İsa barәsindәki bu xәbәr bütün Yәhudeyaya vә әtraf bölgәyә yayıldı. 18 Yәhyanın şagirdlәri dә ona bütün bu hadisәlәr barәdә xәbәr verdilәr. Yәhya şagirdlәrindәn ikisini yanına çağırıb 19 göndәrdi ki, Rәbdәn soruşsunlar: "Gәlmәli Olan Sәnsәnmi, yoxsa başqasını gözlәyәk?" 20 Adamlar İsanın yanına gәlib dedilәr: "Vәftizçi Yәhya bizi Sәnin yanına göndәrdi ki, soruşaq: “Gәlmәli Olan Sәnsәn, yoxsa başqasını gözlәyәk?”" 21 Hәmin vaxt İsa bir çox xәstәliklәrә, azarlara vә şәr ruhlara tutulmuş insanlara şәfa verdi, hәm dә bir çox korların gözlәrini açdı. 22 İsa onlara belә cavab verdi: "Gedin, görüb eşitdiklәrinizi Yәhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülәr dirilir vә yoxsullara Müjdә yayılır. 23 Kim Mәnә görә büdrәmәsә, nә bәxtiyardır!" 24 Yәhyanın elçilәri getdikdәn sonra İsa camaata Yәhya haqqında danışmağa başladı: "Çölә nәyә baxmağa getmişdiniz? Külәyin sarsıtdığı qamışamı? 25 Bәs onda nәyә baxmağa getmişdiniz? Nәfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözәl paltar geyinib cah-calal içindә yaşayanlar padşah saraylarında qalır. 26 Bәs onda nәyә baxmağa getmişdiniz? Bir peyğәmbәrәmi? Bәli, sizә deyirәm, hәtta peyğәmbәrdәn dә üstün birinә. 27 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sәnin önündә Öz elçimi göndәrirәm. O Sәnin qabağında yolunu hazırlayacaq”. 28 Sizә deyirәm: qadından doğulanlar arasında Yәhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında әn kiçik olan ondan üstündür". 29 Yәhyanın vәftiz etdiyi xalqın hamısı, hәtta vergiyığanlar da bunu eşitdikdә Allahın әdalәtini tәsdiq etdilәr. 30 Amma fariseylәr vә qanunşünaslar Yәhyanın vәftizindәn imtina etdilәr vә bununla Allahın onlar barәsindәki iradәsini rәdd etdilәr. 31 İsa sözünü davam etdirdi: "Bu nәslin adamlarını nәyә bәnzәdim? Onlar nәyә bәnzәyir? 32 Bazar meydanında oturan vә “Biz sizә tütәk çaldıq, sizsә oynamadınız, Biz mәrsiyәlәr oxuduq, sizsә ağlamadınız” deyib bir-birini sәslәyәn uşaqlara bәnzәyirlәr. 33 Çünki Vәftizçi Yәhya gәldikdә nә çörәk yeyir, nә şәrab içirdi vә siz deyirsiniz: “O, cinә tutulmuşdur”. 34 Bәşәr Oğlu gәldikdә yeyib-içdi vә siz deyirsiniz: “Bu qarınqulu vә әyyaş adama baxın! Vergiyığanlara vә günahkarlara dost oldu!” 35 Amma hikmәt öz övladlarının hamısı tәrәfindәn tәsdiq olunur". 36 Fariseylәrdәn biri İsanı onunla birgә yemәyә dәvәt etdi. O da fariseyin evinә girdi vә süfrәyә oturdu. 37 Hәmin şәhәrdә günahkar bir qadın yaşayırdı. O, fariseyin evindә İsanın süfrәyә oturduğundan xәbәr tutanda ağ mәrmәr bir qabda әtirli yağ gәtirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilә Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilә sildi, öpdü vә onlara әtirli yağ çәkdi. 39 İsanı evinә dәvәt etmiş farisey bunu görüb öz-özünә belә dedi: "Әgәr bu adam peyğәmbәr olsaydı, Ona toxunanın kim vә nә cür qadın olduğunu bilәrdi, çünki bu qadın günahkardır". 40 İsa ona xitab edib belә söylәdi: "Şimon, Mәnim sәnә sözüm var". O da dedi: "Müәllim, buyur". 41 "Bir sәlәmçiyә iki nәfәrin borcu var idi. Biri beş yüz, o birisi isә әlli dinar borclu idi. 42 Onların borcu ödәmәyә imkanları yox idi. Ona görә dә sәlәmçi hәr ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevәcәk?" 43 Şimon cavab verdi: "Güman edirәm, o adam ki ona daha çox bağışlandı". İsa ona "düz seçmisәn" dedi. 44 Sonra İsa qadına tәrәf baxıb Şimona dedi: "Sәn bu qadını görürsәnmi? Mәn sәnin evinә gәldim, sәn Mәnim ayaqlarımı yumaq üçün Mәnә su da vermәdin. Bu qadın isә ayaqlarımı göz yaşları ilә isladıb saçları ilә sildi. 45 Sәn Mәni öpmәdin, bu qadın isә Mәn evә girәndәn bәri ayaqlarımı hey öpür. 46 Sәn başıma zeytun yağı çәkmәdin. O isә ayaqlarıma әtirli yağ çәkdi. 47 Buna görә dә sәnә deyirәm: bu qadının çox olan günahları bağışlandı. Böyük mәhәbbәt göstәrmәsi dә bu sәbәbdәndir. Kimә az bağışlanıbsa, az sevәr". 48 Sonra İsa qadına dedi: "Sәnin günahların bağışlandı". 49 Onda İsa ilә birgә süfrәdә oturanlar öz aralarında danışmağa başladı: "Bu adam kimdir ki, günahları da bağışlayır?" 50 Amma İsa qadına dedi: "İmanın sәni xilas etdi. Arxayın get".
Luka 8
1 Bu hadisәdәn sonra İsa şәhәrlәri vә kәndlәri gәzmәyә başladı. O, Allahın Padşahlığını vәz edәrәk Müjdәni yayırdı. On İki şagird Onunla birgә idi. 2 Hәmçinin şәr ruhlardan vә xәstәliklәrdәn şәfa tapmış bәzi qadınlar, daxilindәn yeddi cin çıxmış Mәcdәlli adlanan Mәryәm, 3 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna vә bir çox başqa qadınlar İsa ilә idi. Bu qadınlar әmlakları ilә onlara xidmәt edirdilәr. 4 Böyük izdiham toplaşanda, insanlar hәr şәhәrdәn İsanın yanına gәlәndә İsa onlara bir mәsәl danışdı: 5 "Bir әkinçi toxumunu sәpmәyә çıxdı. Sәpin zamanı toxumlardan bәzisi yol kәnarına düşdü, ayaq altında tapdalandı vә göydә uçan quşlar onları dәnlәdi. 6 Bәzisi daşlığa düşdü vә cücәrincә susuzluqdan quruyub getdi. 7 Bәzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgә boy atıb onu boğdu. 8 Başqaları isә münbit torpağa düşdü vә böyüyüncә yüz qat artıq sәmәrә verdi". İsa bunları deyәrәk nida etdi: "Eşitmәyә qulağı olan eşitsin!" 9 Şagirdlәri isә Ondan soruşdular: "Bu mәsәlin mәnası nәdir?" 10 O dedi: "Allahın Padşahlığının sirlәrini bilmә qabiliyyәti sizә verilmişdir. Başqalarına isә hәr şeyi mәsәllәrlә danışıram ki, “Gördüklәri halda görmәsinlәr, Eşitdiklәri halda anlamasınlar”. 11 Mәsәlin mәnası budur: toxum Allahın kәlamıdır. 12 Yol kәnarına düşәnlәrsә kәlamı eşidәnlәrdir. Sonra iblis gәlir vә iman etmәyib xilas olmasınlar deyә kәlamı onların ürәyindәn götürüb aparır. 13 Daşlığa düşәnlәrsә kәlamı eşidәndә sevinclә qәbul edәnlәrdir. Lakin onlarda kök olmadığına görә bir müddәt iman edir vә sınaq vaxtı gәlәndә imandan dönürlәr. 14 Tikanlar arasına düşәnlәrsә bunlardır: kәlamı eşidirlәr, amma get-gedә bu hәyatın qayğılarından, var-dövlәtindәn, zövqlәrindәn boğulur vә yaxşı bәhrә vermirlәr. 15 Münbit torpağa düşәnlәrsә bunlardır: belә insanlar kәlamı eşidib xeyirxah vә sadiq ürәkdә saxlayırlar. Bunlar sәbirlә sәmәrә verir. 16 Heç kim çırağı yandırıb onu qabla örtmәz yaxud yatağın altına qoymaz. Әksinә, çıraqdana qoyar ki, içәri girәnlәr işığı görsünlәr. 17 Çünki elә gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq vә elә örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 18 Buna görә dә necә dinlәdiyinizә diqqәt edin. Çünki kimin varıdırsa, ona daha çox verilәcәk. Amma kimin yoxudursa, özününkü zәnn etdiyi şey dә әlindәn alınacaq". 19 İsanın anası vә qardaşları Onun yanına gәldi. Amma izdihama görә Ona yaxınlaşa bilmәdilәr. 20 İsaya xәbәr verdilәr: "Anan vә qardaşların bayırda durub Sәni görmәk istәyirlәr". 21 İsa onlara cavab verdi: "Mәnim anam vә qardaşlarım Allahın kәlamını eşidib ona әmәl edәnlәrdir". 22 Bir gün İsa Öz şagirdlәri ilә bir qayığa mindi vә onlara dedi: "Gәlin gölün o biri sahilinә keçәk". Onlar yola düşdü. 23 Onlar qayıqda gedәrkәn İsanı yuxu apardı. Göldә bir tufan qopdu. Qayıq su ilә dolmağa başlayanda onlar tәhlükәli vәziyyәtә düşdülәr. 24 Şagirdlәr yaxınlaşıb İsanı oyadaraq dedilәr: "Ustad, Ustad, biz hәlak oluruq!" İsa durub külәyә vә qalxan sulara qadağan etdi. Tufan dayandı vә sükut çökdü. 25 Onda O, şagirdlәrinә dedi: "Sizin imanınız haradadır?" Onlarsa qorxu vә heyrәt içindә qalıb bir-birlәrindәn soruşurdu: "Bu Adam kimdir ki, hәm külәklәrә, hәm suya әmr verir, onlar da itaәt edir?" 26 Sonra onlar Qalileyanın qarşısında yerlәşәn Gerasalıların diyarına gәldilәr. 27 İsa qayıqdan sahilә düşәndә şәhәrdәn olan bir nәfәr Onunla qarşılaşdı. Cinlәrә tutulmuş vә xeyli vaxtdır ki, paltar geymәyәn bu adam evdә yox, qәbir mağaralarında yaşayırdı. 28 O, İsanı görәn kimi bağırıb Onun qarşısında diz çökdü vә bәrkdәn çığıra-çığıra dedi: "Ey İsa, Allah-Taalanın Oğlu, mәndәn nә istәyirsәn? Yalvarıram Sәnә, mәnә әzab vermә!" 29 Çünki İsa natәmiz ruha әmr etmişdi ki, hәmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görә dә o adamı qorumaq üçün onu zәncir vә buxovlarla bağlamışdılar. O isә zәncirlәri qıraraq cin tәrәfindәn çölә qovulurdu. 30 İsa ondan soruşdu: "Sәnin adın nәdir?" O cavab verdi: "Adım Qoşundur". Çünki onun daxilinә çox cin girmişdi. 31 Onlar dibsiz dәrinliyә düşmәlәrini әmr etmәsin deyә İsaya yalvarırdılar. 32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlәr İsaya yalvardılar ki, donuzların içinә girmәyә izin versin. İsa da onlara izin verdi. 33 Cinlәr adamdan çıxıb donuzların içinә girdi. Sürü dә uçurumdan aşağı, gölә atılıb boğuldu. 34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xәbәri şәhәr vә kәndlәrdә yaydılar. 35 Camaat nә baş verdiyinә tamaşa etmәyә çıxdı. Onlar İsanın yanına gәldilәr, daxilindәn cinlәr çıxmış adamın İsanın ayaqları yanında geyinmiş vә ağıllanmış oturduğunu görüb qorxuya düşdülәr. 36 Hadisәni görәnlәrsә cinә tutulmuş adamın necә sağaldığını camaata danışdılar. 37 Gerasalıların әtraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tәrk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 38 Daxilindәn cinlәr çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 39 Amma İsa ona "qayıt evinә vә Allahın sәnә etdiyi hәr şeyi danış" deyәrәk onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hәr şeyi bütün şәhәrә yaydı. 40 İsa geri qayıtdıqda xalq Onu qәbul etdi, çünki hamı Onu gözlәyirdi. 41 Bu vaxt Yair adlı sinaqoq rәisi olan bir kişi gәlib İsanın ayaqlarına düşdü vә Ona yalvardı ki, evinә gәlsin. 42 Çünki onun on iki yaşın içindә olan bircә qızı var idi vә o, can üstә idi. İsa oraya gedәrkәn izdiham Onu sıxışdırırdı. 43 Orada on iki il qanaxma xәstәliyinә tutulan bir qadın var idi. O bütün varını hәkimlәrә xәrclәmişdi, lakin onların heç biri ona şәfa verә bilmәmişdi. 44 Bu qadın İsanın arxasından gәlib Onun paltarının әtәyinә toxundu vә o andaca onun qanaxması dayandı. 45 İsa dedi: "Mәnә toxunan kim idi?" Lakin hamı bunu inkar edәndә Peter dedi: "Ustad, izdiham Sәni әhatә edib sıxışdırır". 46 Amma İsa dedi: "Mәnә kimsә toxundu, çünki Mәndәn qüvvәt çıxdığını bildim". 47 Qadınsa gizlәnә bilmәdiyini gördükdә titrәyәrәk gәlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nә sәbәbdәn toxunduğunu vә o anda necә sağaldığını İsaya nәql etdi. 48 İsa da ona dedi: "Qızım, imanın sәni xilas etdi. Arxayın get". 49 İsa hәlә danışırdı ki, sinaqoq rәisinin evindәn bir nәfәr gәlib dedi: "Qızın öldü. Müәllimi daha narahat etmә". 50 Amma İsa bunu eşidәndә sinaqoq rәisinә dedi: "Qorxma, yalnız iman et! Qızın xilas olacaq". 51 İsa onun evinә gәlәndә Peter, Yәhya, Yaqub vә qızın ata-anasından başqa heç kimi Özü ilә evә girmәyә qoymadı. 52 Hamı qız üçün ağlaşıb nalә çәkirdi. Amma İsa dedi: "Ağlamayın, o ölmәyib, sadәcә olaraq yatıb". 53 Onlarsa qızın öldüyünü bildiklәrinә görә İsaya güldülәr. 54 Amma İsa qızın әlindәn tutub sәslәdi: "Qızcığaz, qalx!" 55 Qızın ruhu bәdәninә qayıtdı vә o dәrhal ayağa qalxdı. İsa dedi ki, qıza yemәk versinlәr. 56 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisә barәdә heç kәsә danışmasınlar.
Luka 9
1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlәr üzәrindә vә xәstәliklәrә şәfa vermәk üçün onlara qüdrәt vә sәlahiyyәt verdi. 2 Onları göndәrdi ki, Allahın Padşahlığını vәz edib xәstәlәri sağaltsınlar. 3 İsa onlara dedi: "Yol üçün heç nә – nә әsa, nә torba, nә çörәk, nә pul, nә dә iki köynәk götürün. 4 Hansı evә girsәniz, orada qalın vә oradan da yola çıxın. 5 Harada sizi qәbul etmәzlәrsә, o şәhәrdәn çıxarkәn onlara qarşı şәhadәt olsun deyә ayaqlarınızın tozunu çırpın". 6 Onlar da yola düşüb hәr yerdә Müjdәni yayaraq vә şәfa verәrәk kәnd-kәnd dolaşdılar. 7 Hökmdar Hirod baş verәn bütün hadisәlәr barәdә eşitdi vә çaşıb-qaldı. Çünki bәzilәri "Yәhya ölülәr arasından dirilib", 8 digәrlәri "İlyas zühur edib", başqaları da "qәdim peyğәmbәrlәrdәn biri dirilib" deyirdi. 9 Hirod isә dedi: "Yәhyanın boynunu mәn vurdurdum, bәs haqqında bu xәbәrlәri eşitdiyim Adam kimdir?" Hirod Onu görmәyә can atırdı. 10 Hәvarilәr İsanın yanına qayıdıb gördüklәri işlәr haqqında Ona danışdılar. Sonra İsa ancaq onları Özü ilә götürüb Bet-Sayda adlanan bir şәhәrә apardı. 11 Amma camaat bu barәdә xәbәr tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı vә şәfaya möhtac olanları sağaltdı. 12 Artıq gün batırdı. On İki şagird İsanın yanına gәlib Ona dedi: "Camaatı burax, qoy әtrafdakı oba vә kәndlәrә gedib gecәlәsinlәr vә bir şey alıb yesinlәr. Axı biz burada çöllük yerdәyik". 13 Amma İsa onlara dedi: "Onlara yemәyi siz verin". Şagirdlәr Ona cavab verdi: "Beş çörәk vә iki balıqdan başqa bir şeyimiz yoxdur. Bәlkә biz gedib bütün bu camaat üçün bir şey alaq?" 14 Orada beş minә yaxın kişi var idi. İsa şagirdlәrinә dedi: "Onları dәstә-dәstә, әlli-әlli oturdun". 15 Şagirdlәr dә elәcә edib hamını oturtdular. 16 İsa beş çörәyi vә iki balığı götürüb göyә baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlәrә verdi ki, camaata paylasınlar. 17 Hamı yeyib-doydu. Artıq qalan hissәlәr on iki zәnbilә yığıldı. 18 Bir gün İsa tәk dua edirdi. Şagirdlәr dә yanında idi. İsa onlardan soruşdu: "Camaatın dediyinә görә Mәn kimәm?" 19 Onlar belә cavab verdi: "Bәzilәri Vәftizçi Yәhya, başqaları İlyas, digәrlәri isә deyirlәr ki, qәdim peyğәmbәrlәrdәn biri dirilib". 20 İsa onlara dedi: "Bәs siz nә deyirsiniz? Sizcә Mәn kimәm?" Peter cavab verdi: "Sәn Allahın Mәsihisәn". 21 İsa şagirdlәrinә qadağan edib әmr etdi ki, bunu heç kәsә danışmasınlar. 22 O dedi: "Bәşәr Oğlu çox әzab çәkmәli, ağsaqqallar, başçı kahinlәr vә ilahiyyatçılar tәrәfindәn rәdd olunmalı, öldürülmәli vә üçüncü gün dirilmәlidir". 23 Sonra hamısına söylәdi: "Әgәr bir kәs Mәnim ardımca gәlmәk istәyirsә, özündәn imtina etsin vә hәr gün çarmıxını götürüb ardımca gәlsin. 24 Kim canını xilas etmәk istәyirsә, onu itirәcәk, amma kim Mәnim uğrumda canını itirirsә, onu xilas edәcәk. 25 İnsan bütün dünyanı qazanıb canını mәhv edәr yaxud itirәrsә, ona nә xeyri var? 26 Kim Mәndәn vә Mәnim sözlәrimdәn utanarsa, Bәşәr Oğlu da Özünün, Atasının vә müqәddәs mәlәklәrin izzәti içindә gәlәndә o adamdan utanacaq. 27 Amma sizә hәqiqәti deyirәm: burada duranlardan bәzisi Allahın Padşahlığını görmәdәn ölmәyәcәk". 28 Bu sözlәri söylәyәndәn tәxminәn sәkkiz gün keçmişdi. İsa Özü ilә Peter, Yәhya vә Yaqubu götürüb dua etmәk üçün dağa çıxdı. 29 İsa dua edәrkәn üzünün görünüşü dәyişdi vә Onun libası gözqamaşdırıcı ağ rәng aldı. 30 O anda iki nәfәr İsa ilә söhbәt etmәyә başladı. Onlar Musa vә İlyas idi. 31 Onlar ehtişam içindә göründülәr vә İsanın Yerusәlimdә yerinә yetirәcәyi bu dünyadan ayrılması barәdә danışırdılar. 32 Peter vә onun yoldaşları dәrin yuxuya dalmışdı. Yuxudan ayılanda isә İsanın ehtişamını vә yanında duran iki kişini gördülәr. 33 Onlar İsanın yanından gedәndә Peter İsaya dedi: "Ustad! Nә yaxşı ki biz buradayıq. Gәl üç çardaq quraq, biri Sәnin, biri Musa, biri dә İlyas üçün". Әslindә o nә dediyini bilmirdi. 34 Peter bunu deyәn zaman bir bulud gәldi vә onların üzәrinә kölgә saldı. Buluda daxil olarkәn onları dәhşәt bürüdü. 35 Buluddan bir sәs gәldi: "Bu Mәnim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!" 36 Sәs kәsilәndә onlar İsanı tәk gördülәr. Şagirdlәr bunu sirr olaraq saxlayıb o günlәrdә gördüklәrini heç kimә danışmadılar. 37 Ertәsi gün onlar dağdan enәndә İsanı böyük bir izdiham qarşıladı. 38 Camaat arasından bir kişi çığırdı: "Müәllim, yalvarıram, oğluma nәzәr sal, o mәnim yeganә balamdır. 39 Bir ruh onu tutur, o birdәn bağırır. Ruh onu ağzından köpük gәlәnәcәn sarsıdır. Ona әziyyәt verib güc-bәla ilә onu tәrk edir. 40 Mәn şagirdlәrindәn xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar". 41 İsa da ona cavab verdi: "Ey imansız vә yolunu azmış nәsil! Nә vaxta qәdәr Mәn sizinlә qalıb sizә dözәcәyәm? Oğlunu yanıma gәtir". 42 Oğlan İsaya yaxınlaşarkәn cin onu yerә atıb sarsıtdı. Amma İsa natәmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 43 Hamı Allahın әzәmәtinә tәәccüblәnirdi. Onlar hamısı İsanın etdiyi işlәrә heyrәt edәrkәn O, şagirdlәrinә dedi: 44 "Bu sözlәrә qulaq asın: Bәşәr Oğlu insan әllәrinә tәslim edilmәk üzrәdir". 45 Lakin şagirdlәr bu sözü başa düşmәdilәr. Bu sözün mәnası onlar üçün gizli qaldı vә Ondan bu söz barәdә soruşmaqdan da qorxurdular. 46 Şagirdlәr aralarında kimin әn böyük olduğu barәdә mübahisә etmәyә başladılar. 47 Amma İsa onların ürәklәrindәn keçәni bilib bir balaca uşağı götürüb yanına qoydu. 48 Sonra onlara dedi: "Kim Mәnim adımla bu uşağı qәbul edәrsә, Mәni qәbul edәr. Kim Mәni qәbul edәrsә, Mәni Göndәrәni qәbul edәr. Sizin aranızda hamıdan kiçik olan әn böyükdür". 49 Yәhya cavabında dedi: "Ustad, biz Sәnin adınla cinlәri qovan bir nәfәri gördük, amma bizimlә birgә getmәdiyinә görә ona mane olduq". 50 Amma İsa ona dedi: "Ona mane olmayın! Әleyhinizә olmayan sizin tәrәfinizdәdir". 51 Dünyadan ayrılacağı günlәr yaxınlaşdıqca İsa Yerusәlimә getmәk qәrarına gәldi. 52 İsa qabağınca elçilәr göndәrdi. Onlar İsanın gәlişi münasibәti ilә hazırlıq işlәri görmәk üçün gedib Samariyalıların bir kәndinә girdilәr. 53 Lakin Samariyalılar İsanı qәbul etmәdilәr, çünki O, Yerusәlimә doğru gedirdi. 54 Şagirdlәrdәn Yaqubla Yәhya bunu görüb dedilәr: "Rәbb, bunları mәhv etmәk üçün bir әmrlә göydәn alov yağdırmamızı istәyirsәnmi?" 55 Amma İsa dönüb onlara qadağan etdi. 56 Sonra onlar başqa bir kәndә yollandılar. 57 Onlar yol boyu gedәrkәn bir nәfәr İsaya dedi: "Sәn hara getsәn, Sәnin ardınca gedәcәyәm". 58 İsa ona dedi: "Tülkülәrin dә yuvası, göydә uçan quşların da yuvası var. Amma Bәşәr Oğlunun başını qoymağa belә, yeri yoxdur". 59 Bir başqasına İsa dedi: "Ardımca gәl". O isә dedi: "Ya Rәbb, mәnә icazә ver, әvvәlcә gedim, atamı dәfn edim". 60 İsa ona dedi: "Qoy ölülәr öz ölülәrini dәfn etsin. Sәnsә get, Allahın Padşahlığını bәyan et". 61 Yenә başqa bir adam dedi: "Ya Rәbb, Sәnin ardınca gәlәrәm, amma әvvәl icazә ver evimdәkilәrlә vidalaşım". 62 Lakin İsa ona dedi: "Kotanı tutub geriyә baxan Allahın Padşahlığına layiq deyil".
Luka 10
1 Bu hadisәlәrdәn sonra Rәbb başqa yetmiş nәfәri tәyin etdi vә onları iki-iki Özünün gedәcәyi hәr şәhәrә vә hәr yerә Özündәn әvvәl göndәrdi. 2 Onlara dedi: "Mәhsul çoxdur, işçilәrsә azdır. Buna görә dә mәhsulun Sahibinә yalvarın ki, Öz mәhsulunu yığmaq üçün işçilәr göndәrsin. 3 Gedin, sizi qurdların arasına quzular kimi göndәrirәm. 4 Özünüzlә nә kisә, nә torba, nә dә çarıq götürün. Yolda heç kimlә salamlaşıb danışmayın. 5 Hansı bir evә girsәniz, әvvәl “Bu evә әmin-amanlıq olsun!” deyin. 6 Әgәr orada әmin-amanlığa layiq bir adam varsa, dilәdiyiniz әmin-amanlıq onun üzәrindә qalacaq. Әks halda o sizә qayıdacaq. 7 Girdiyiniz evdә qalın, sizә nә verirlәrsә, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdәn evә köçmәyin. 8 Hansısa bir şәhәrә girdiyiniz zaman sizi qәbul edirlәrsә, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xәstәlәrә şәfa verin vә onlara deyin: “Allahın Padşahlığı sizә yaxınlaşıb”. 10 Amma hansısa bir şәhәrә girdiyiniz zaman sizi qәbul etmәsәlәr, oranın küçәlәrinә çıxıb belә deyin: 11 “Sizin әleyhinizә çıxaraq şәhәrinizin ayaqlarımıza yapışan tozunu belә, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizә yaxınlaşıb”. 12 Sizә bunu deyirәm: qiyamәt günü Sodomun halı o şәhәrin halından daha asan olacaq. 13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdә baş vermiş möcüzәlәr Sur vә Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündә oturaraq tövbә edәrdilәr. 14 Amma qiyamәt günü Sur vә Sidonun halı sizinkindәn daha asan olacaq. 15 Sәn, ey Kefernahum, göyә qәdәr ucalacaqsanmı? Ölülәr diyarına qәdәr enәcәksәn. 16 Sizi dinlәyәn kәs Mәni dinlәyir, sizi rәdd edәn Mәni rәdd edir. Mәni rәdd edәn isә Mәni Göndәrәni rәdd edir". 17 Yetmiş şagird sevinә-sevinә qayıtdı vә dedi: "Ya Rәbb, Sәnin adınla cinlәr belә, bizә tabe olur!" 18 İsa onlara belә cavab verdi: "Mәn Şeytanın ildırım kimi göydәn düşmәyini görmüşdüm. 19 Baxın Mәn sizә sәlahiyyәt vermişәm ki, ilanları, әqrәblәri vә düşmәnin bütün gücünü ayaq altında әzәsiniz vә heç nә sizә zәrәr vurmayacaq. 20 Bununla belә, ruhların sizә tabe olduğuna görә sevinmәyin, amma sevinin ki, adlarınız göylәrdә yazılıb". 21 İsa o vaxt Müqәddәs Ruhda şadlanıb dedi: "Ey yerin-göyün Sahibi olan Ata! Sәndәn razıyam ki, bu şeylәri müdrik vә dәrrakәli adamlardan gizlәdib körpәlәrә agah etdin. Bәli, Ata! Çünki bu Sәnin xoş niyyәtin idi. 22 Atam tәrәfindәn hәr şey Mәnim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kәs bilmәz. Atanın kim olduğunu da Oğuldan vә Oğulun agah etmәk istәdiyi şәxsdәn başqa heç kәs bilmәz". 23 Sonra İsa şagirdlәrә sarı dönüb onlara ayrıca dedi: "Nә bәxtiyardır o gözlәr ki, sizin gördüklәrinizi görür! 24 Sizә bunu deyirәm: bir çox peyğәmbәrlәr vә padşahlar sizin gördüklәrinizi görmәk istәdilәr, amma görmәdilәr, eşitdiklәrinizi eşitmәk istәdilәr, amma eşitmәdilәr". 25 Bir qanunşünas İsanı sınamaq mәqsәdi ilә qalxıb dedi: "Müәllim, әbәdi hәyatı irs olaraq almaq üçün mәn nә etmәliyәm?" 26 İsa ondan soruşdu: "Qanunda nә yazılıb? Orada nә oxuyursan?" 27 Bu adam İsaya belә cavab verdi: "“Allahın Rәbbi bütün qәlbinlә, bütün varlığınla, bütün gücünlә vә bütün düşüncәnlә sev” vә “Qonşunu özün kimi sev”". 28 İsa ona dedi: "Sәn düz cavab verdin, buna әmәl et vә yaşayacaqsan". 29 Amma o özünә haqq qazandırmaq üçün İsadan soruşdu: "Bәs mәnim qonşum kimdir?" 30 İsa belә cavab verdi: "Bir nәfәr Yerusәlimdәn Yerixoya gedәn yolda quldurların әlinә düşdü. Quldurlar onu soyundurub döydülәr vә yarımcan halda qoyub getdilәr. 31 Tәsadüfәn o yoldan bir kahin enirdi. Bu adamı görәn kimi yolun o biri tәrәfi ilә keçib getdi. 32 Bir Levili dә ora yaxınlaşıb o adamı görәndә yolun o biri tәrәfi ilә keçib getdi. 33 O yolla gedәn bir Samariyalı isә bu adamı görәndә ona rәhmi gәldi. 34 Ona yaxınlaşdı vә zeytun yağı ilә şәrab tökәrәk yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gәtirdi vә ona qayğı göstәrdi. 35 Ertәsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinә verәrәk dedi: “Onun qayğısını çәk. Әgәr bundan da çox xәrcin çıxsa, mәn geri qayıdanda sәnә verәrәm”. 36 Sәncә bu üç nәfәrdәn hansı quldurların әlinә düşәn adamın qonşusu idi?" 37 Qanunşünas cavab verdi: "Ona mәrhәmәt göstәrәn". İsa da ona dedi: "Get, sәn dә elә et". 38 İsa şagirdlәri ilә yoluna davam edәrkәn bir kәndә girdi. Burada Marta adlı bir qadın Onu öz evinә dәvәt etdi. 39 Onun Mәryәm adlı bir bacısı vardı. O, Rәbbin ayaqları yanında oturub Onun sözünә qulaq asırdı. 40 Marta isә işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: "Ya Rәbb! Görmürsәn ki, bacım işlәri tәk mәnim üstümә yığıb? Ona de ki, mәnә kömәk etsin". 41 Rәbb isә ona belә cavab verdi: "Marta, Marta, sәn çox şeyin qayğısını çәkib tәlaşa düşürsәn. 42 Yalnız bir şey lazımdır. Mәryәm yaxşısını seçdi. Bu da onun әlindәn alınmayacaq".
Luka 11
1 İsa bir yerdә dua edirdi. Duasını bitirәndә şagirdlәrindәn biri Ona dedi: "Ya Rәbb, Yәhya öz şagirdlәrinә öyrәtdiyi kimi Sәn dә bizә dua etmәyi öyrәt". 2 İsa onlara dedi: "Dua edәndә belә deyin: Göylәrdә olan Atamız, Adın müqәddәs tutulsun, Padşahlığın gәlsin. Göydә olduğu kimi yerdә dә Sәnin iradәn olsun. 3 Gündәlik çörәyimizi bizә hәr gün ver. 4 Bizә borclu olan hәr adamı bağışladığımıza görә Bizim günahlarımızı da bağışla. Bizi sınağa çәkmә". 5 Sonra İsa onlara dedi: "Mәsәlәn, sizlәrdәn birinin bir dostu var. O da gecә yarısı dostunun yanına gedib deyir: “Dostum, mәnә üç kömbә çörәk borc ver, 6 çünki yanıma dostum gәlib, qabağına qoyacaq heç nәyim yoxdur”. 7 Dostu da içәridәn belә cavab verir: “Mәni narahat etmә. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mәn durub sәnә bir şey verә bilmәrәm”. 8 Sizә deyim ki, o hәmin adamla dost olduğuna görә vermәk istәmәsә dә, tәkidlә xahiş etdiyinә görә qalxıb nә qәdәr ehtiyacı olsa ona verәcәk. 9 Mәn sizә bunu deyirәm: dilәyin, sizә verilәcәk, axtarın, tapacaqsınız, qapını döyün vә sizә açılacaq. 10 Çünki hәr dilәyәn alar, axtaran tapar, qapı döyәnә açılar. 11 Aranızdan hansı ata oğlu ondan balıq dilәsә, ona balıq yerinә ilan verәr? 12 Yaxud yumurta dilәsә, ona әqrәb verәr? 13 Belәliklә, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hәdiyyәlәr vermәyi bilirsinizsә, göydә olan Atanın Ondan dilәyәnlәrә Müqәddәs Ruhu verәcәyi nә qәdәr yәqindir!" 14 İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı vә camaat heyrәtlәndi. 15 Amma onların bәzisi deyirdi: "O, cinlәrin başçısı Baal-Zevulun gücü ilә cinlәri qovur". 16 Başqaları isә İsanı sınamaq üçün istәdilәr ki, göydәn gәlәn bir әlamәt göstәrsin. 17 Nә düşündüklәrini bilәn İsa onlara dedi: "Öz daxilindәn bölünmüş hәr padşahlıq viran qalar vә öz içindәn bölünmüş ev dağılar. 18 Әgәr Şeytan da öz daxilindәn bölünübsә, onun padşahlığı necә davam gәtirәr? Siz dә deyirsiniz ki, Mәn cinlәri Baal-Zevulun gücü ilә qovuram. 19 Әgәr Mәn cinlәri Baal-Zevulun gücü ilә qovuramsa, bәs sizin adamlarınız kimin gücü ilә qovur? Buna görә dә onlar sizin hakimlәriniz olacaq. 20 Lakin Mәn cinlәri Allahın qüdrәti ilә qovuramsa, demәli, Allahın Padşahlığı üzәrinizә gәlib. 21 Әgәr güclü bir adam tәpәdәn-dırnağadәk silahlanıb öz evini qoruyursa, onun әmlakı әmin-amanlıqdadır. 22 Amma ondan güclüsü ona hücum edib qalib gәlәrsә, onda onun güvәndiyi silahları әlindәn alıb talan mallarını bölüşdürәr. 23 Mәnimlә olmayan Mәnә qarşıdır vә Mәnimlә yığmayan dağıdır. 24 Natәmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlәrdә dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyәr: “Çıxdığım evә dönüm”. 25 Evә qayıdanda onu süpürülmüş vә sәliqә-sahman içindә görәr. 26 Bu vaxt o gedib özündәn daha betәr yeddi başqa ruhu götürәr. Onlar da oraya girib mәskunlaşar. Onda bu adamın axırı әvvәlkindәn daha pis olar". 27 İsa bunu deyәrkәn bir qadın camaatın arasından uca sәslә Ona dedi: "Sәni bәtnindә daşıyan vә Sәni әmizdirәn nә bәxtiyardır!" 28 Amma İsa dedi: "Daha doğrusu, Allahın kәlamını eşidib ona riayәt edәnlәr nә bәxtiyardır!" 29 Camaat Onun әtrafına yığılanda İsa danışmağa başladı: "İndiki nәsil pis nәsildir. Onlar әlamәt axtarır, amma onlara Yunusun әlamәtindәn başqa heç bir әlamәt verilmәyәcәk. 30 Çünki Yunus Nineva әhalisinә necә bir әlamәt oldusa, Bәşәr Oğlu da bu nәsil üçün belә olacaq. 31 Cәnub mәlәkәsi qiyamәt günündә bu nәslin adamları ilә birgә qalxıb onları mәhkum edәcәk. Çünki mәlәkә Süleymanın hikmәtli sözlәrini dinlәmәk üçün yer üzünün ucqarlarından gәlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 32 Nineva xalqı qiyamәt günündә bu nәsillә birgә qalxıb onu mәhkum edәcәk. Çünki onlar Yunusun vәzinә görә tövbә etmişdilәr. Budur, Yunusdan daha böyük Olan buradadır. 33 Heç kim çırağı yandırıb, onu gizli yerә yaxud da qabın altına qoymaz. Әksinә, çıraqdana qoyar ki, içәri girәnlәr işığı görsünlәr. 34 Bәdәninin çırağı gözündür. Gözün sağlam olanda bütün bәdәnin dә nurlu olur. Gözün zәif görәndә isә bütün bәdәnin dә qaranlıq olur. 35 Belәliklә, diqqәt et ki, sәndәki “nur” qaranlıq olmasın. 36 Әgәr sәnin bütün bәdәnin nurlu olub heç bir yerdә qaranlıq qalmırsa, çıraq sәnә öz nuru ilә işıq saçdığı kimi bәdәnin dә tamamilә nurlu olacaq". 37 İsa bunları deyib qurtaranda fariseylәrdәn biri Onu evinә yemәyә dәvәt etdi. O da içәri girib süfrәyә oturdu. 38 İsanın yemәkdәn әvvәl yuyunmadığını görәn farisey heyrәtlәndi. 39 Lakin Rәbb ona dedi: "İndi siz fariseylәr kasanın vә boşqabın bayır tәrәfini tәmizlәyirsiniz, lakin daxiliniz soyğunçuluq vә pisliklә dolub. 40 Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? 41 Yaxşısı budur ki, qablarınızın içindәkilәrini sәdәqә verәsiniz, onda sizin üçün hәr şey tәmiz olar. 42 Vay halınıza, ey fariseylәr! Çünki siz nanә, sәdәfotu vә hәr cür göyәrtinin onda birini verirsiniz, lakin әdalәtә vә Allah mәhәbbәtinә etinasızlıq göstәrirsiniz. Amma onda birini vermәklә yanaşı bunları da yerinә yetirmәli idiniz. 43 Vay halınıza, ey fariseylәr! Sinaqoqlarda baş kürsülәri tutmağı vә bazar meydanlarında salam almağı sevirsiniz. 44 Vay halınıza! Çünki siz insanların xәbәri olmadan üstündәn keçdiklәri itmiş qәbirlәrә oxşayırsınız". 45 Qanunşünaslardan biri İsaya cavab verdi: "Müәllim, sәn bunları demәklә bizi dә tәhqir edirsәn". 46 İsa da belә dedi: "Elә sizin dә vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklәrlә yüklәyirsiniz, amma özünüz barmağınızın biri ilә dә bu yüklәrә toxunmursunuz. 47 Vay halınıza! Çünki peyğәmbәrlәrә mәqbәrәlәr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülәr! 48 Belәliklә, siz ata-babalarınızın etdiklәrinә şahidlik edib bәyәnirsiniz. Çünki onlar peyğәmbәrlәri öldürüb, sizsә onlara mәqbәrәlәr tikirsiniz. 49 Buna görә dә Allahın hikmәti belә demişdi: “Mәn onlara peyğәmbәrlәr vә hәvarilәr göndәrәcәyәm, onların bәzisini öldürüb, bәzisini isә tәqib edәcәklәr”. 50 Belәcә bu nәsil dünya yaranandan bәri Habilin qanından tutmuş qurbangahla mәbәdin arasında öldürülmüş Zәkәriyyәnin qanına qәdәr bütün peyğәmbәrlәrin tökülәn qanı üçün mәsuliyyәt daşıyacaq. Bәli, Mәn sizә deyirәm: onun üçün bu nәsil mәsuliyyәt daşıyacaq. 52 Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmәdiniz, girmәk istәyәnlәrә dә mane oldunuz". 53 İsa oradan çıxanda ilahiyyatçılarla fariseylәr ona çox tәzyiq göstәrәrәk bir çox mәsәlәlәr barәdә Onu sorğu-suala tutmağa başladılar. 54 Onlar fürsәt axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlә Onu tәlәyә salsınlar.
Luka 12
1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa әvvәl şagirdlәrinә danışmağa başladı: "Fariseylәrin mayasından, yәni ikiüzlülükdәn özünüzü gözlәyin. 2 Elә örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq vә elә gizli bir şey yoxdur ki, bilinmәyәcәk. 3 Buna görә dә qaranlıqda dediyiniz gün işığında eşidilәcәk, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bәyan olunacaq. 4 Ey dostlarım, sizә deyirәm: bәdәni öldürәn vә ondan sonra başqa heç nә edә bilmәyәnlәrdәn qorxmayın. 5 Amma Kimdәn qorxmaq lazım olduğunu sizә göstәrim: adamı öldürәndәn sonra cәhәnnәmә atmağa ixtiyarı olan Allahdan qorxun. Bәli, sizә deyirәm: Ondan qorxun! 6 Beş sәrçә iki qara pula satılmırmı? Onlardan biri belә, Allahın qarşısında yaddan çıxmır. 7 Sizin başınızdakı saçlar belә, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sәrçәdәn daha dәyәrlisiniz. 8 Mәn sizә deyirәm: insanlar qarşısında Mәni iqrar edәn hәr kәsi Bәşәr Oğlu da Allahın mәlәklәri qarşısında iqrar edәcәk. 9 Amma insanlar önündә Mәni inkar edәn özü dә Allahın mәlәklәri önündә inkar olunacaq. 10 Bәşәr Oğluna qarşı bir söz deyәn hәr kәs bağışlanacaq; amma Müqәddәs Ruha küfr edәn bağışlanmayacaq. 11 Sizi sinaqoqlara, başçıların vә hökmdarların qarşısına gәtirәndә özünüzü necә müdafiә edәcәyiniz vә yaxud nә deyәcәyiniz barәdә qayğı çәkmәyin. 12 Müqәddәs Ruh sizә o anda nә demәli olduğunuzu öyrәdәcәk". 13 İzdihamdan bir nәfәr İsaya dedi: "Müәllim, qardaşıma de ki, mirası mәnimlә bölsün". 14 İsa ona belә cavab verdi: "Ay insan, Mәni kim üzәrinizә hakim ya vәkil qoyub?" 15 Sonra İsa onlara dedi: "Diqqәtli olun, hәr cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın hәyatı var-yoxunun bolluğundan asılı deyil". 16 İsa onlara bu mәsәli danışdı: "Bir varlının torpağı bol mәhsul verdi. 17 Bu adam ürәyindә düşündü: “Mәhsulumu qoymağa yerim yoxdur. Axı nә edim?” 18 Sonra dedi: “Belә edәrәm: anbarlarımı söküb daha böyüklәrini tikәcәyәm. Bütün taxılımı vә malımı oraya yığaram. 19 Canıma deyәrәm: ey canım, illәrlә kifayәt qәdәr var-dövlәt yığmısan. İndi dincәl, ye-iç, kef elә”. 20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecә canını sәndәn alacaqlar. Bәs hazırladığın kimә qalacaq?” 21 Özü üçün xәzinә toplayan, amma Allahın önündә varlı olmayan hәr bir insanın axırı da elә olacaq". 22 İsa Öz şagirdlәrinә belә dedi: "Buna görә sizә deyirәm: “Nә yeyәcәyik?” deyә canınız üçün, “Nә geyinәcәyik?” deyә bәdәniniz üçün qayğı çәkmәyin. 23 Can yemәkdәn, bәdәnsә geyinmәkdәn daha vacibdir. 24 Qarğalara baxın: onlar nә әkir, nә dә biçir, nә anbarları, nә dә zirzәmilәri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nә qәdәr qiymәtlisiniz! 25 Hansı biriniz qayğı çәkmәklә ömrünü bir anlıq belә, uzada bilәr? 26 Әgәr siz elә balaca şeyi etmәyi bacarmırsınızsa, nә üçün başqa şeylәrin qayğısını çәkirsiniz? 27 Zanbaqların necә böyüdüyünә baxın: onlar nә zәhmәt çәkir, nә dә ip әyirir. Lakin sizә bunu deyirәm ki, bütün cah-calalı içindә olan Süleyman belә, bunlardan biri kimi geyinmәmişdi. 28 Ey imanı az olanlar, bu gün çöldә olub sabah ocağa atılan otu Allah belә geyindirirsә, sizi geyindirәcәyi nә qәdәr yәqindir! 29 “Nә yeyәcәyik?”, “Nә içәcәyik?” deyә axtarıb narahat olmayın. 30 Çünki dünyadakı bütpәrәstlәr bütün bu şeylәri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizә әlavә olaraq verilәcәk. 32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizә vermәyi münasib gördü. 33 Әmlakınızı satın vә sәdәqә verin. Özünüzә köhnәlmәyәn kisәlәr, göylәrdә tükәnmәyәn xәzinә hazırlayın. Oraya nә oğru gәlәr, nә dә onu güvә yeyәr. 34 Çünki xәzinәniz haradadırsa, ürәyiniz dә orada olacaq". 35 "Qoy qurşaqlarınız bellәrinizdә bağlı vә çıraqlarınız yana-yana qalsın. 36 Toy ziyafәtindәn qayıdan ağasını gözlәyәn adamlara oxşayın. Onlar ağaları gәlib qapını döyәn kimi qapını açmağa hazır olurlar. 37 Nә bәxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizә doğrusunu deyirәm: o özü qurşaqlanıb qullarını süfrәyә otuzduracaq vә gәlib onlara xidmәt edәcәk. 38 Ağa istәr gecәyarı, istәr ondan gec, sәhәrә yaxın gәlib qulları oyaq görsә, o qullar necә dә bәxtiyardır! 39 Amma bunu bilin ki, әgәr evin yiyәsi oğrunun hansı saatda gәlәcәyini bilsәydi, evinin yarılmasına imkan vermәzdi. 40 Belәcә siz dә hazır olun, çünki Bәşәr Oğlu gözlәmәdiyiniz vaxt gәlәcәk". 41 Peter dedi: "Ya Rәbb, bu mәsәli ancaq bizә danışırsan, yoxsa hamıya?" 42 Rәbb cavab verdi: "Vaxtlı-vaxtında onlara yemәk vermәk üçün ağasının öz nökәrlәri üzәrinә qoyduğu sadiq vә ağıllı idarәçi kimdir? 43 Nә bәxtiyardır o qul ki, ağası evinә qayıdanda onu iş başında görür! 44 Sizә hәqiqәti deyirәm: ağası bu qula bütün әmlakı üzәrindә idarәçiliyi tapşıracaq. 45 Amma hәmin qul ürәyindә “ağam gec gәlәcәk” deyәrsә, başqa nökәr vә qarabaşları döymәyә, yeyib-içmәyә, sәrxoşluğa uymağa başlayarsa, 46 o qulun ağası onun gözlәmәdiyi gün vә ağlına gәlmәdiyi vaxt gәlәcәk, ona ağır cәza verәcәk vә onu sәdaqәtsizlәrlә bir yerdә saxlayacaq. 47 Ağasının istәyini bilib hazır olmayan vә onun istәyinә әmәl etmәyәn qul çox döyülәcәk. 48 Bilmәyib o cәzaya layiq iş görәn isә az döyülәcәk. Kimә çox verilibsә, ondan çox da istәnilәcәk. Kimә çox tapşırılıbsa, ondan daha çox tәlәb olunacaq. 49 Mәn yer üzünә od yağdırmağa gәlmişәm. Kaş ki bu od artıq alışıb-yanaydı! 50 Mәnim alacağım bir vәftiz var. Bu vәftiz yerinә yetib qurtaranadәk necә dә tәzyiq altında olmalıyam! 51 Siz düşünürsünüz ki, Mәn yer üzünә sülh gәtirmәyә gәlmişәm? Xeyr, sizә deyirәm ki, Mәn ayrılıq gәtirmәyә gәlmişәm! 52 Çünki bundan sonra bir evdә yaşayan beş nәfәr bir-birindәn ayrılaraq üç nәfәrә qarşı iki nәfәr, iki nәfәrә qarşı üç nәfәr olacaq. 53 Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gәlinindәn, gәlin dә qayınanasından ayrılacaq". 54 İsa camaata bunu da dedi: "Siz qәrb tәrәfdәn qalxan buludu görәndә dәrhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 55 Cәnub külәyinin әsmәsini görәndә “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 56 Ey ikiüzlülәr, yer üzünün vә göyün görünüşünü seçә bilirsiniz, bәs onda nә üçün indiki zamanı seçә bilmirsiniz? 57 Nә üçün düzgün olan şeyә özünüz qәrar vermirsiniz? 58 Sәni ittiham edәnlә birgә hakimin yanına gedәndә yolda ikәn onunla barışmağa çalış. Yoxsa sәni hakimin qabağına sürüyәr, hakim isә mәhkәmә icraçısına ötürәr, o da sәni zindana atar. 59 Sәnә bunu deyirәm: axırıncı qәpik-quruşunu vermәyincә oradan әsla çıxmayacaqsan".
Luka 13
1 Bu vaxt orada olan bәzi adamlar İsaya xәbәr verdilәr ki, Pilat bәzi Qalileyalıların qanını kәsdiklәri qurbanların qanına qatmışdı. 2 İsa buna belә cavab verdi: "Siz elә bilirsiniz ki, bu aqibәtә uğramış Qalileyalılar bütün digәr Qalileyalılardan daha betәr günahlı idilәr? 3 Xeyr, Mәn sizә deyirәm: tövbә etmәsәniz, hamınız onlar kimi mәhv olacaqsınız. 4 Yaxud Şiloah qüllәsi on sәkkiz adamın üstünә aşıb onları öldürәndә onların Yerusәlim sakinlәrinin hamısından tәqsirkar olduqlarını fikirlәşirsiniz? 5 Xeyr, Mәn sizә deyirәm: tövbә etmәsәniz, hamınız onlar kimi mәhv olacaqsınız". 6 Sonra İsa bu mәsәli danışdı: "Bir adamın bağında bir әncir ağacı әkilmişdi. Bu adam gәlib ağacda meyvә axtardı, amma tapmadı. 7 O, bağbana dedi: “Bura bax, üç ildir ki, mәn gәlib bu әncir ağacında meyvә axtarıram, amma tapmıram. Onu kәs! Nә üçün bu ağac әbәs yerә torpağı tutur?” 8 Bağban isә cavabında belә dedi: “Ağa, bir il dә buna әl dәymә. Mәn onu bellәyib dövrәsinә peyin tökәrәm. 9 Gәlәn il bu ağac meyvә gәtirsә, yaxşıdır. Әgәr vermәsә, onu kәsәrsәn”". 10 İsa bir dәfә Şәnbә günü sinaqoqlardan birindә tәlim öyrәdirdi. 11 Orada on sәkkiz il daxilindә xәstәlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzәldә bilmirdi. 12 İsa bu qadını görәndә çağırıb dedi: "Ey qadın, sәn azarından azad oldun". 13 İsa әllәrini qadının üstünә qoyanda o dәrhal dikәlib Allahı izzәtlәndirmәyә başladı. 14 Amma sinaqoqun rәisi İsanın Şәnbә günü şәfa verdiyinә hiddәtlәnib camaata belә xitab etdi: "Altı gün әrzindә işlәmәk lazımdır, o günlәr gәlin vә şәfa alın, Şәnbә günü yox". 15 Rәbb isә ona belә cavab verdi: "Ey ikiüzlülәr, sizlәrdәn hәr biriniz Şәnbә günündә öz öküzünün ya eşşәyinin bağını açıb tövlәdәn su içmәyә aparmırmı? 16 İbrahimin qızı olan bu qadını da on sәkkiz il әrzindә Şeytan buxovlamışdı. Şәnbә günü bu qadının buxovlarını açmaq lazım deyildimi?" 17 İsa bunları deyәndә ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isә Onun etdiyi bütün izzәtli işlәrinә görә sevinirdi. 18 Sonra İsa dedi: "Allahın Padşahlığı nәyә bәnzәyir? Onu nәyә bәnzәdim? 19 O bir adamın bağçasına әkdiyi xardal toxumuna bәnzәyir. O toxum böyüyüb ağac olur. Göydә uçan quşlar onun budaqlarında yuva qurur". 20 İsa yenә dedi: "Allahın Padşahlığını nәyә bәnzәdim? 21 O, xәmir mayasına bәnzәyir. Qadın onu götürüb üç kisә una qarışdırıb bütün xәmir acıyanadәk saxlayır". 22 İsa şәhәr vә kәndlәri keçәrәk tәlim verib Yerusәlimә tәrәf gedirdi. 23 Bir nәfәr Ondan soruşdu: "Ya Rәbb, xilas tapanların sayı az olacaqmı?" İsa onlara belә cavab verdi: 24 "Dar qapıdan girmәyә çalışın. Sizә bunu deyirәm: çoxları bu qapıdan girmәyә can atacaq, amma girә bilmәyәcәk. 25 Ev yiyәsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyәrәk deyәcәksiniz: “Ey ağam, bizә qapını aç!” O isә cavabında sizә deyәcәk: “Mәn sizin haradan gәldiyinizi bilmirәm!” 26 Siz o vaxt belә deyәcәksiniz: “Biz Sәnin qarşında yeyib-içmişik. Sәn bizim küçәlәrdә öyrәdirdin”. 27 O isә sizә deyәcәk: “Ey haqsızlıq edәnlәrin hamısı, Mәn sizin haradan gәldiyinizi bilmirәm, Mәndәn uzaq olun!” 28 İbrahimi, İshaqı, Yaqubu vә bütün peyğәmbәrlәri Allahın Padşahlığında, özünüzü isә bayıra atılmış görәndә aranızda ağlaşma vә diş qıcırtısı olacaq. 29 Adamlar şәrqdәn, qәrbdәn, şimaldan, cәnubdan gәlәcәk vә Allahın Padşahlığında süfrәyә oturacaq. 30 Budur, elә axırıncılar var ki, birinci olacaq, elә birincilәr var ki, axırıncı olacaq". 31 O zaman bәzi fariseylәr gәlib İsaya dedilәr: "Buradan çıx get, çünki Hirod Sәni öldürmәk istәyir". 32 İsa onlara dedi: "Gedin o tülküyә deyin: “Budur, Mәn bu gün vә sabah cinlәri qovub camaatı sağaldacağam vә üçüncü gün işimi bitirәcәyәm”. 33 Yenә dә bu gün, sabah vә o biri gün yoluma davam etmәliyәm. Çünki peyğәmbәr Yerusәlimdәn kәnarda öldürülә bilmәz! 34 Ey Yerusәlim, Yerusәlim! Peyğәmbәrlәri öldürәn vә ora göndәrilәnlәri daşqalaq edәn şәhәr! Toyuq cücәlәrini qanadları altına yığan kimi Mәn dә dәfәlәrlә sәnin övladlarını yığmaq istәdim, sizsә istәmәdiniz! 35 Baxın, eviniz viran qalır. Mәn sizә bunu deyirәm: “Rәbbin ismi ilә Gәlәnә alqış olsun!” deyәnә qәdәr Mәni bir daha görmәyәcәksiniz".
Luka 14
1 Bir Şәnbә günü İsa farisey rәhbәrlәrinin birinin evinә çörәk yemәyә getdi. Hamı Ona göz qoyurdu. 2 Onun qarşısında hidropos xәstәliyinә tutulmuş bir adam var idi. 3 İsa qanunşünas vә fariseylәrә xitab edәrәk soruşdu: "Şәnbә günü insanlara şәfa vermәyә icazә var ya yox?" 4 Amma onlar dinmirdi. İsa o adama әli ilә toxundu, onu sağaltdı vә buraxdı. 5 İsa onlara dedi: "Sizlәrdәn kimin oğlu yaxud öküzü Şәnbә günü quyuya düşsә, onu dәrhal oradan dartıb çıxarmaz?" 6 Onlar İsanın bu sualına cavab verә bilmәdilәr. 7 İsa fikir verdi ki, dәvәt olunanlar yuxarı başda oturmağı seçdilәr. Onlara belә bir mәsәl söylәdi: 8 "Bir nәfәr sәni toya dәvәt edirsә, yuxarı başda oturma. Bәlkә ev yiyәsinin sәndәn dә hörmәtli bir qonağı var. 9 İkinizi dә toya dәvәt edәn gәlib sәnә “bu adama yer ver” desә, sәn xәcalәt içindә aşağı başda әylәşmәli olarsan. 10 Amma dәvәt olunanda gedib әn aşağı başda otur ki, sәni dәvәt edәn adam gәlib sәnә “Dostum! Yuxarı başa keç” desin; o zaman sәninlә birgә oturanların hamısının qarşısında hörmәt qazanarsan. 11 Çünki özünü yüksәldәn hәr kәs aşağı tutulacaq, özünü aşağı tutansa yüksәldilәcәk". 12 İsa Onu dәvәt edәnә dә dedi: "Günorta yaxud axşam yemәyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlәtli qonşularını dәvәt etmә ki, onlar da sәni çağıraraq sәnә әvәzini versin. 13 Amma qonaqlıq verәndә yoxsulları, әlillәri, topalları, korları çağır. 14 Onda onlar sәnә әvәzini verә bilmәdiyinә görә sәn bәxtiyar olacaqsan. Çünki salehlәr dirildiyi zaman sәnә әvәz verilәcәk". 15 Süfrәyә oturanlardan biri bunu eşidib İsaya dedi: "Allahın Padşahlığında çörәk yeyәn nә bәxtiyardır!" 16 Amma İsa ona dedi: "Bir adam böyük ziyafәt hazırladı vә oraya çoxlu qonaq çağırdı. 17 Yemәk vaxtı gәlәndә öz qulunu dәvәt olunanların yanına göndәrdi ki, onlara desin: “Buyurun, indi hәr şey hazırdır”. 18 Amma hamı birdәn üzr istәmәyә başladı. Birincisi ona dedi: “Mәn bir torpaq sahәsi almışam, gedib ona baxmalıyam. Sәndәn xahiş edirәm, mәni bağışla”. 19 Digәri isә dedi: “Mәn beş cüt öküz satın almışam vә onları yoxlamağa gedirәm. Sәndәn xahiş edirәm, mәni bağışla”. 20 Üçüncüsü dedi: “Mәn tәzә evlәnmişәm, buna görә dә gәlә bilmәrәm”. 21 Qul qayıdıb bu şeylәri ağasına bildirdi. O zaman ev yiyәsi qәzәblәnib quluna dedi: “Qaç, şәhәrin küçә vә tinlәrindә olan yoxsulları, әlillәri, korları vә topalları buraya gәtir”. 22 Qul isә dedi: “Ağa, sәnin әmrin yerinә yetirildi, hәlә artıq yer dә qalıb”. 23 Ağası quluna dedi: “Get, bütün yolları vә çәpәrlәri gәz. Evim dolsun deyә adamları gәlmәyә vadar et. 24 Sizә bunu deyirәm: ilk dәvәt olunanların heç biri mәnim ziyafәtimdәn dadmayacaq”". 25 İsa ilә birlikdә böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: 26 "Kim Mәnim yanıma gәlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hәtta öz hәyatını Mәndәn üstün tutsa, Mәnim şagirdim ola bilmәz. 27 Öz çarmıxını daşıyıb ardımca gәlmәyәn kәs dә Mәnim şagirdim ola bilmәz. 28 Sizlәrdәn kimsә bir qüllә tikmәk istәyirsә, әvvәlcә oturub onun xәrclәrini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? 29 Çünki qüllәnin tәmәlini qoyub işi qurtara bilmәsә, bunu görәnlәrin hamısı onu әlә salıb deyәcәk: 30 “Bu adam tikintiyә başlayıb qurtara bilmәdi”. 31 Yaxud da hansı padşah başqa padşahla müharibәyә gedәndә üstünә iyirmi min әsgәrlә gәlәnә qarşı on min әsgәrlә durmağa qadir olmağı әvvәlcә oturub götür-qoy elәmәz? 32 Әgәr padşah buna qadir deyilsә, o biri padşahın hәlә uzaqda olduğu vaxt elçilәr göndәrib sülh müqavilәsi bağlamaq istәyәr. 33 Eyni tәrzdә sizdәn hәr biriniz bütün әmlakından әl çәkmәsә, Mәnim şagirdim ola bilmәz. 34 Duz yaxşı şeydir, amma әgәr duz öz dadını itirәrsә, ona nә ilә dad verilә bilәr? 35 O nә torpağa yarayar, nә dә peyinә. Onu çölә atarlar. Eşitmәyә qulağı olan eşitsin!"
Luka 15
1 Bütün vergiyığanlar vә günahkarlar İsanı dinlәmәk üçün Ona yaxınlaşırdılar. 2 Fariseylәr vә ilahiyyatçılar isә "bu adam günahkarları qәbul edir vә onlarla yemәk yeyir" deyә deyinirdilәr. 3 Amma İsa onlara bu mәsәli çәkdi: 4 "Sizlәrdәn birinin yüz qoyunu olsa vә onlardan birini itirsә, doxsan doqquzunu çöldә qoyub itmiş qoyunu tapanadәk onu axtarmazmı? 5 Tapanda isә onu sevinclә çiyinlәrinә qoyar. 6 Evә gәlәndә öz dostlarını vә qonşularını çağırıb belә deyәr: “Mәnimlә birlikdә sevinin, itmiş qoyunumu tapmışam!” 7 Sizә bunu deyirәm: belәcә dә göydә tövbә edәn bircә günahkara görә tövbәyә ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq. 8 Yaxud on dirhәmi olan hansı bir qadın bir dirhәmini itirsә, çıraq yandırıb evi süpürәrәk onu tapanadәk diqqәtlә axtarmaz? 9 Tapanda öz rәfiqәlәrini vә qonşularını çağırıb deyәr: “Mәnimlә birlikdә sevinin, itirdiyim dirhәmi tapmışam!” 10 Sizә bunu deyirәm: Allahın mәlәklәrinin önündә dә tövbә edәn bir günahkara görә sevinc olur". 11 İsa bunu da danışdı: "Bir adamın iki oğlu var idi. 12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlәtindәn payıma düşәni mәnә ver”. Atası da varını onların arasında bölüşdürdü. 13 Bir neçә gün sonra kiçik oğul nәyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun hәyat sürüb var-dövlәtini heç-puç etdi. 14 Oğlan hәr şeyini xәrclәdikdәn sonra o ölkәdә böyük bir aclıq oldu. O korluq çәkmәyә başladı. 15 Buna görә dә oğlan gedib o ölkәnin sakinlәrindәn birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndәrdi. 16 Donuzların yediyi keçibuynuzu qabıqları ilә qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. 17 Onda oğlan özünә gәlib dedi: “Atamın nә qәdәr muzdlu işçisi var, hamısının da doyunca yemәyә çörәyi var. Mәn isә burada acından ölürәm! 18 Durub atamın yanına gedәcәyәm vә ona deyәcәyәm: ‹Ata, mәn göyә vә sәnә qarşı günah etdim. 19 Mәn artıq sәnin oğlun adlanmağa layiq deyilәm. Mәni öz muzdlu işçilәrinin biri kimi qәbul et›”. 20 O durub öz atasının yanına getdi. Oğul hәlә uzaqda ikәn atası onu gördü. Ona rәhmi gәldi vә qaçıb onun boynuna sarıldı vә öpdü. 21 Oğul dedi: “Ata! Mәn göyә vә sәnә qarşı günah etdim. Mәn artıq sәnin oğlun adlanmağa layiq deyilәm”. 22 Atası isә öz qullarına dedi: “Tez olun, әn gözәl xalat gәtirin vә onu geyindirin. Barmağına üzük vә ayaqlarına çarıq taxın. 23 Kökәldilmiş dananı gәtirin, kәsin: gәlin yeyib-şadlanaq! 24 Çünki bu oğlum ölmüşdü, yenә hәyata qayıtdı. O itmişdi, tapıldı”. Belәliklә, şadlıq etmәyә başladılar. 25 Atanın böyük oğlu isә tarlada idi. Qayıdaraq evә yaxınlaşanda çalğı vә rәqs sәslәri eşitdi. 26 O, nökәrlәrdәn birini yanına çağırıb soruşdu: “Bu nәdir?” 27 Nökәr ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görә kökәldilmiş dananı kәsib”. 28 Böyük oğul isә hirslәndi vә içәri girmәk istәmәdi. Atası bayıra çıxıb ona yalvardı. 29 Amma o, atasına belә cavab verdi: “Bax neçә ildir ki, sәnin üçün qul kimi işlәyirәm. Heç zaman sәnin әmrindәn çıxmamışam. Amma mәnә bir oğlağı belә, heç vaxt qıymadın ki, dostlarımla şadlıq edim. 30 Bu oğlun isә sәnin bütün varını fahişә qadınlara sәrf edib. Amma o qayıdanda sәn onun üçün kökәldilmiş dananı kәsdin”. 31 Atası isә ona dedi: “Oğlum, axı sәn hәmişә mәnimlәsәn vә bütün varım sәnindir. 32 Lakin sevinmәk vә şadlanmaq lazımdır. Çünki sәnin bu qardaşın ölmüşdü, hәyata qayıtdı. O itmişdi, tapıldı!”"
Luka 16
1 İsa şagirdlәrә bunları danışdı: "Varlı bir adamın idarәçisi var idi. Ona xәbәr çatdırıldı ki, idarәçi onun әmlakını israf edir. 2 Varlı adam onu yanına çağırıb dedi: “Bu nәdir, sәnin haqqında mәn nәlәr eşidirәm? Mәnә idarәçiliyinin hesabatını ver. Sәn artıq idarәçi ola bilmәzsәn”. 3 İdarәçi öz-özünә dedi: “Mәn nә edәcәyәm? Ağam idarәçiliyi әlimdәn alır. Torpaq bellәmәyә gücüm yoxdur, dilәnmәkdәn dә utanıram. 4 İşdәn qovulanda mәni öz evlәrinә qәbul etsinlәr deyә nә edәcәyimi bilirәm”. 5 Ona görә dә öz ağasına borclu olanları bir-bir çağırıb birincisinә dedi: “Mәnim ağama nә qәdәr borclusan?” 6 O “yüz bat zeytun yağı” dedi. İdarәçi ona dedi: “Öz qәbzini götür, otur vә tez yaz: әlli”. 7 Sonra o birisinә dedi: “Bәs sәnin nә qәdәr borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarәçi ona dedi: “Öz qәbzini götür vә yaz: sәksәn”. 8 Ağası haqsızlıq edәn idarәçini fәrasәtli hәrәkәt etdiyinә görә tәriflәdi. Çünki bu dövrün övladları öz nәsillәri ilә münasibәtlәrindә nur övladlarından daha fәrasәtlidir. 9 Mәn sizә bunu deyirәm: haqsız qazanc olan sәrvәtlә özünüzә dostlar qazanın ki, bu sәrvәt yox olduqda siz әbәdi mәskәnlәrә qәbul olunasınız. 10 Әn balaca bir işdә sadiq olan kәs böyük işdә dә sadiqdir, әn balaca bir işdә haqsız olan isә böyük işdә dә haqsızdır. 11 Belәliklә, әgәr siz haqsız sәrvәtdәn istifadә etmәkdә sadiq olmadınızsa, әsl var-dövlәti sizә kim әmanәt edәr? 12 Әgәr başqasının malından istifadә etmәkdә sadiq olmadınızsa, öz malınızı sizә kim verәr? 13 Heç bir nökәr iki ağaya qulluq edә bilmәz. Çünki ya birinә nifrәt edib o birisini sevәcәk ya da birinә bağlı qalıb o birisinә isә xor baxacaq. Siz hәm Allaha, hәm dә sәrvәtә qulluq edә bilmәzsiniz". 14 Fariseylәr pulpәrәst olduğu üçün bütün bu sözlәri eşidib İsaya istehza ilә baxdılar. 15 İsa da onlara belә dedi: "İnsanların qarşısında özünüzü saleh göstәrәn sizsiniz, amma Allah sizin ürәyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrәnclikdir. 16 Qanun vә Peyğәmbәrlәr Yәhyanın gәlişinә qәdәr idi. O vaxtdan bәri Allahın Padşahlığının Müjdәsi yayılır vә hәr kәs oraya zorla girmәyә çalışır. 17 Amma göyün vә yerin keçib getmәsi Qanundan bir nöqtәnin düşmәsindәn daha asandır. 18 Arvadını boşayıb başqası ilә evlәnәn hәr kәs zina edir. Әrindәn boşanmış qadınla evlәnәn dә zina edir. 19 Varlı bir adam var idi. O, tünd qırmızı vә incә kәtandan paltar geyәrdi vә hәr gün cah-calal içindә kef edәrdi. 20 Bütün bәdәni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gәtirilib uzanmışdı. 21 Lazar varlı adamın süfrәsindәn tökülәn qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlәr dә gәlib onun yaralarını yalayırdı. 22 Bir gün yoxsul adam öldü vә mәlәklәr onu İbrahimin qucağına apardı. Varlı adam da öldü vә dәfn edildi. 23 Varlı adam ölülәr diyarında iztirab çәkәndә gözlәrini qaldırıb uzaqda İbrahimi vә onun qucağında Lazarı gördü. 24 O uca sәslә dedi: “Ey İbrahim ata, mәnә rәhm et! Lazarı göndәr, barmağının ucunu suya batırıb mәnim dilimi sәrinlәtsin, çünki mәn bu alov içindә әzab çәkirәm”. 25 Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sәn öz hәyatında yaxşı şeylәri, Lazar isә pis şeylәri almışdır. İndi isә o, tәsәlli tapır, amma sәn әzab çәkirsәn. 26 Üstәlik, sizinlә bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nә buradan sizin tәrәfinizә keçmәk istәyәnlәr keçә bilir, nә dә oradan bizim yanımıza gәlә bilirlәr”. 27 Varlı adam dedi: “Ata, elә isә yalvarıram sәnә, Lazarı atamın evinә göndәr. 28 Çünki beş qardaşım var. Qoy onlara xәbәrdarlıq etsin ki, onlar da bu iztirab yerinә gәlmәsinlәr”. 29 İbrahim ona dedi: “Onlarda Musanın vә Peyğәmbәrlәrin sözlәri var. Qoy onlara qulaq assınlar”. 30 Varlı adam isә dedi: “Xeyr, İbrahim ata! Әgәr ölülәrdәn biri onların yanına gәlsә, onlar tövbә edәrlәr”. 31 Onda İbrahim ona dedi: “Әgәr onlar Musaya vә Peyğәmbәrlәrә qulaq asmırlarsa, ölülәrdәn biri dirilsә belә, inanmazlar”".
Luka 17
1 İsa şagirdlәrinә belә dedi: "İnsanları pis yola çәkәn şeylәr mütlәq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklәrdәn birini pis yola çәkmәkdәnsә öz boynuna böyük bir dәyirman daşı asıb dәnizә atılmaq onun üçün daha yaxşı olar. 3 Özünüzә fikir verin. Әgәr qardaşın sәnә qarşı günah edәrsә, ona xәbәrdarlıq et. Әgәr o tövbә edәrsә, onu bağışla. 4 Әgәr gündә yeddi dәfә sәnә qarşı günah etsә vә gündә yeddi dәfә yanına gәlib sәnә “tövbә edirәm” deyәrsә, onu bağışla". 5 Hәvarilәr Rәbbә dedi: "İmanımızı artır!" 6 Rәbb onlara belә dedi: "Bir xardal toxumu qәdәr imanınız olsaydı, bu tut ağacına “Kökündәn çıx vә dәnizdә әkil!” deyәrdiniz, o da sizin sözünüzә baxardı. 7 Sizlәrdәn hansı biriniz cütçülük vә yaxud çobanlıq edәn bir qula tarladan qayıdanda “tez ol, gәl süfrәyә otur” deyәr? 8 Әksinә, ona “axşam yemәyimi hazırla vә qurşanıb mәnә xidmәt et ki, mәn yeyib-içim, sonra da sәn özün ye-iç” demәzmi? 9 Onun әmrlәrini yerinә yetirdiyi üçün o, qula tәşәkkür edәrmi? 10 Belәcә siz dә sizә әmr olunanların hamısını yerinә yetirәndәn sonra deyin: “Biz dәyәrsiz qullarıq, çünki görmәli olduğumuz işlәri etmişik”". 11 İsa Yerusәlimә doğru yolunu davam edәrkәn Samariya ilә Qalileya arasındakı sәrhәddәn keçirdi. 12 Kәndlәrin birinә girәndә Onu on nәfәr cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13 ucadan çığırdı: "İsa, Ustad, bizә rәhm et!" 14 İsa onları görüb "gedin, özünüzü kahinlәrә göstәrin" dedi. Onlar yol gedә-gedә pak oldular. 15 Onlardan biri isә sağaldığını görәndә uca sәslә Allahı izzәtlәndirәrәk qayıtdı. 16 O üzüstә İsanın ayaqlarına düşәrәk Ona tәşәkkür etdi. Bu adam Samariyalı idi. 17 Onda İsa dedi: "Pak olanlar on nәfәr deyildimi? Bәs qalan doqquz adam haradadır? 18 Bu yadellidәn savayı geri dönüb Allaha izzәt verәn olmadımı?" 19 Sonra o adama dedi: "Ayağa qalx, get. İmanın sәni xilas etdi". 20 Fariseylәr İsadan "Allahın Padşahlığı nә zaman gәlәcәk?" soruşanda İsa onlara cavab verdi: "Allahın Padşahlığı müşahidә ilә gәlmәz. 21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” demәyәcәklәr, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdәdir". 22 İsa şagirdlәrә dә belә dedi: "Elә günlәr gәlәcәk ki, Bәşәr Oğlunun günlәrindәn birini görmәyi arzulayacaqsınız, amma görmәyәcәksiniz. 23 Adamlar sizә “bax, O oradadır” yaxud “bax, buradadır” deyәcәk. Gedib onların arxasınca düşmәyin! 24 Çünki şimşәk göyün bir kәnarında çaxıb o biri kәnarına qәdәr necә parlayırsa, Bәşәr Oğlu da Öz günündә elә olacaq. 25 Amma әvvәlcә O, çox әzab çәkmәli vә indiki nәslin adamları tәrәfindәn rәdd olunmalıdır. 26 Nuhun günlәrindә necә idisә, Bәşәr Oğlunun günlәrindә dә elә olacaq. 27 Nuhun gәmiyә girdiyi günә qәdәr insanlar yeyib-içir, evlәnir, әrә gedirdi. Sonra daşqın gәlib hamısını mәhv etdi. 28 Lutun günlәrindә dә belә idi: insanlar yeyib-içir, alıb-satır, әkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydәn od vә kükürd yağdı vә hamısını mәhv etdi. 30 Bәşәr Oğlunun zühur edәcәyi gündә dә belә olacaq. 31 O gündә özü damda, әşyası isә evin içindә olan adam onları götürmәk üçün aşağı enmәsin. Elәcә dә tarlada olan geri qayıtmasın. 32 Lutun arvadını yadınıza salın! 33 Kim canını qorumaq istәsә, onu itirәcәk, amma kim canını itirsә, onu yaşadacaq. 34 Sizә deyirәm: o gecә bir yataqda olan iki nәfәrdәn biri götürülәcәk, o birisi isә qalacaq. 35 Birlikdә dәn üyüdәn iki qadından biri götürülәcәk, o birisi isә qalacaq". 36 Она мьраҹижт едиб дедилжр: «Ја Ржбб, бу һадисжлжр һарада олаҹаг?» О исж онлара деди: «Лею һарададэрса, кжркжслжр дж орада топлаюар». 37 Ona müraciәt edib dedilәr: "Ya Rәbb, bu hadisәlәr harada olacaq?" O isә onlara dedi: "Leş haradadırsa, kәrkәslәr dә orada toplaşar".
Luka 18
1 İsa şagirdlәrinә daim dua etmәk vә heç ruhdan düşmәmәk lazım olduğu barәdә bir mәsәl çәkdi. 2 O dedi: "Bir şәhәrdә Allahdan qorxmayan vә adamlara hörmәt etmәyәn bir hakim var idi. 3 Elә hәmin şәhәrdә bir dul qadın da var idi. Qadın hey onun yanına gәlәrәk deyәrdi: “Rәqibimlә olan işimdә mәnim haqqımı qoru”. 4 Amma hakim bir müddәt bunu etmәk istәmәdi, sonra isә öz-özünә dedi: “Hәrçәnd mәn nә Allahdan qorxur, nә dә adamlara hörmәt edirәm, 5 bu qadın mәnim zәhlәmi tökdüyü üçün onun haqqını qoruyum ki, o bir dә gәlib baş-qulağımı aparmasın”". 6 Rәbb sözünә belә davam etdi: "Әdalәtsiz hakimin nә dediyini dinlәyin. 7 Mәgәr Allah Öz seçdiklәrini, gecә-gündüz Ondan imdad istәyәnlәrin haqqını qorumayacaqmı? Onları çox gözlәdәcәkmi? 8 Sizә bunu deyirәm: tezliklә onların haqqını qoruyacaq. Bәs Bәşәr Oğlu gәlәndә yer üzündә iman tapacaqmı?" 9 Özlәrinin saleh olduğuna güvәnib başqalarına xor baxan bәzilәri üçün dә İsa belә bir mәsәl çәkdi: 10 "Biri farisey, digәri isә vergiyığan olan iki nәfәr dua etmәk üçün mәbәdә girdi. 11 Farisey ayaq üstә durub öz-özünә belә dua edirdi: “Ya Allah, Sәnә şükürlәr olsun ki, mәn başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyilәm. 12 Hәftәdә iki dәfә oruc tuturam, bütün qazandığımın onda birini verirәm”. 13 Vergiyığan isә uzaqda durub gözlәrini göyә qaldırmağa belә, cәsarәt etmirdi, amma sinәsinә vurub hey deyirdi: “Ya Allah! Mәn günahkara rәhm et!” 14 Sizә deyirәm ki, o farisey yox, vergiyığan evinә saleh sayılaraq getdi. Çünki özünü yüksәldәn hәr kәs aşağı tutulacaq, özünü aşağı tutansa yüksәldilәcәk". 15 Adamlar körpәlәri dә İsanın yanına gәtirirdilәr ki, İsa onlara toxunsun. Bunu görәn şagirdlәrsә onlara qadağan etdilәr. 16 Amma İsa uşaqları yanına çağırıb dedi: "Uşaqları buraxın, qoy Mәnim yanıma gәlsinlәr! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belәlәrinә mәxsusdur. 17 Sizә doğrusunu deyirәm: kim Allahın Padşahlığını bir uşaq kimi qәbul etmәsә, oraya әsla daxil ola bilmәz". 18 Rәhbәrlәrdәn biri İsadan soruşdu: "Ey yaxşı Müәllim, mәn nә etmәliyәm ki, әbәdi hәyatı irs olaraq alım?" 19 İsa ona dedi: "Mәnә niyә yaxşı deyirsәn? Tәk Allahdan başqa yaxşısı yoxdur. 20 Onun әmrlәrini bilirsәn: “Zina etmә. Qәtl etmә. Oğurluq etmә. Yalandan şahidlik etmә. Ata-anana hörmәt et”". 21 Bu adam isә dedi: "Bunların hamısına gәncliyimdәn bәri riayәt edirәm". 22 İsa bunu eşidib ona dedi: "Sәnin bir şeyin çatışmır: nәyin varsa, satıb yoxsullara payla. Onda göylәrdә xәzinәn olacaq. Sonra qayıt, Mәnim ardımca gәl". 23 Amma bu sözlәri eşitdikdә hәmin adamı dәrin kәdәr bürüdü, çünki çox varlı idi. 24 İsa onun dәrindәn kәdәrlәndiyini görәndә dedi: "Var-dövlәti olanların Allahın Padşahlığına daxil olması nә qәdәr çәtindir! 25 Doğrudan da, dәvәnin iynә gözündәn keçmәsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır". 26 Bunları eşidәnlәr dedi: "Elә isә, kim xilas ola bilәr?" 27 O isә dedi: "İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür". 28 Peter isә dedi: "Bax biz hәr şeyi qoyub Sәnin ardınca gәlmişik". 29 İsa onlara dedi: "Sizә doğrusunu deyirәm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını vә yaxud uşaqlarını atan elә bir kәs yoxdur ki, 30 bu dövrdә bundan neçә qat artıq, gәlәcәk dövrdә isә әbәdi hәyat almasın". 31 İsa On İki şagirdi kәnara çәkib onlara dedi: "Bax Yerusәlimә qalxırıq, Bәşәr Oğlu üçün peyğәmbәrlәr vasitәsilә yazılanların hamısı tam yerinә yetәcәk. 32 Çünki O, başqa millәtlәrә tәslim edilәcәk. Onlar Onu әlә salıb tәhqir edәcәk, Ona tüpürәcәk 33 vә qamçılayıb öldürәcәklәr. O, üçüncü gün dirilәcәk". 34 Amma şagirdlәr bu sözlәrdәn heç bir şey başa düşmәdilәr. Bu sözlәr onlar üçün gizli saxlandı vә onlar deyilәnlәri anlamırdılar. 35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kәnarında oturub dilәnirdi. 36 Yanından çoxlu adamın keçdiyini eşitdikdә soruşdu "Nә olub?" 37 Ona xәbәr verdilәr: "Nazaretli İsa buradan keçir". 38 Onda o qışqırdı: "Ey Davud Oğlu İsa! Mәnә rәhm elә!" 39 Qabaqda gedәnlәr ona qadağan edib susdurmaq istәdisә dә, o "Ey Davud Oğlu! Mәnә rәhm elә!" deyә daha ucadan bağırdı. 40 İsa dayanıb әmr etdi ki, onu yanına gәtirsinlәr. Adam yaxınlaşarkәn İsa ondan soruşdu: 41 "Nә istәyirsәn, sәnin üçün edim?" O dedi: "Ya Rәbb, gözlәrim açılsın". 42 İsa ona dedi: "Qoy gözlәrin açılsın, imanın sәni xilas etdi". 43 Hәmin an bu adamın gözlәri açıldı vә o, Allahı izzәtlәndirәrәk İsanın ardınca getdi. Bunu görәn bütün xalq Allaha hәmdlәr etdi.
Luka 19
1 İsa Yerixoya daxil olub oradan keçirdi. 2 Orada vergiyığanların rәisi olan Zakkay adlı varlı bir nәfәr var idi. 3 İsanın kim olduğunu görmәyә can atırdı. Amma balacaboy olduğuna görә izdihamın arasından Onu görә bilmirdi. 4 İsanı görmәk üçün irәliyә qaçıb bir firon әnciri ağacına dırmaşdı. Çünki İsa oradan keçmәli idi. 5 İsa o yerә çatdıqda yuxarı baxıb onu gördü vә ona dedi: "Ay Zakkay, tez aşağı düş. Bu gün Mәn sәnin evindә qalmalıyam". 6 O tez aşağı düşüb İsanı sevinclә qәbul etdi. 7 Bütün xalq bunu gördükdә deyinәrәk dedi: "Gedib günahkar bir kişinin qonağı oldu!" 8 Zakkay isә ayağa qalxıb Rәbbә belә dedi: "Ya Rәbb, әmlakımın yarısını yoxsullara verәrәm vә kimdәn haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam". 9 İsa ona dedi: "Bu gün bu evә xilas gәldi, çünki bu adam da İbrahimin oğludur. 10 Çünki Bәşәr Oğlu itmişlәri axtarıb xilas etmәk üçün gәlmişdir". 11 Onlar bu şeylәri dinlәyәrkәn İsa bir mәsәl dә çәkdi. Çünki O, Yerusәlimә yaxınlaşmışdı vә onlar elә düşünürdülәr ki, Allahın Padşahlığı dәrhal üzә çıxacaq. 12 İsa belә dedi: "Әsilzadәlәrdәn olan bir nәfәr padşah tәyin olunub geri dönmәk üçün uzaq bir ölkәyә yola düşdü. 13 Getmәmişdәn әvvәl qullarından on nәfәri çağırdı vә onlara on mina pul verib dedi: “Mәn gәlәnәdәk bunlarla ticarәt et”. 14 Lakin әhalisi ona nifrәt etdi vә onun ardınca elçilәr göndәrib dedi: “Bu adamın üzәrimizdә padşah olmasını istәmirik”. 15 O, padşah tәyin olunub qayıdanda pul verdiyi hәmin qulları yanına çağırtdırdı vә nә qazandıqlarını öyrәnmәk istәdi. 16 Birincisi gәlib dedi: “Ağa, sәnin bir minan on mina da qazandırdı”. 17 Ağası ona dedi: “Afәrin, yaxşı qulum! Әn kiçik bir işdә mәnә sadiq olduğun üçün on şәhәrin idarәsini üzәrinә götür”. 18 İkincisi gәlib dedi: “Ağa! Sәnin bir minan beş mina da qazandırdı”. 19 Ağası ona da “sәn dә beş şәhәrә hakim ol” dedi. 20 Bir başqası gәlib dedi: “Ağa! Budur sәnin minan, onu dәsmala büküb saxlayırdım. 21 Çünki sәndәn qorxurdum, sәn qәddar bir adamsan, özün qoymadığını götürürsәn vә özün әkmәdiyini biçirsәn”. 22 Ağası ona dedi: “Ay pis qul, sәni öz ağzından çıxan sözlәrlә mühakimә edәcәyәm! Mәnim qәddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü vә özüm әkmәdiyimi biçdiyimi bilirdinmi? 23 Bәs onda nә üçün mәnim pulumu sәrraflara vermәdin ki, mәn qayıdanda onu faizlә geri alım?” 24 Sonra әtrafında olanlara dedi: “Әlindәki minanı ondan alın vә on minası olana verin!” 25 Ona dedilәr: “Ay ağa, axı artıq onun on minası var!” 26 O, sözünә belә davam etdi: “Sizә deyirәm: kimin varıdırsa, daha çox verilәcәk, kimin yoxudursa, әlindә olan da alınacaq. 27 Mәnim onların padşahı olmağımı istәmәyәn düşmәnlәrimi isә buraya gәtirin vә mәnim gözümün qabağında qılıncdan keçirin!”" 28 İsa bu sözlәri deyib qabaqda yeriyәrәk Yerusәlimә doğru qalxdı. 29 Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilә Bet-Anyaya yaxınlaşarkәn şagirdlәrdәn ikisini göndәrәrәk 30 dedi: "Qarşınızdakı kәndә gedin. Oraya girәndә hәlә heç kәsin minmәdiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gәtirin. 31 Kim sizdәn soruşsa: “Nә üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rәbbә lazımdır” deyәrsiniz". 32 Göndәrilәnlәr gedib hәr şeyin Onun dediyi kimi olduğunu gördülәr. 33 Onlar sıpanı açanda onun sahiblәri onlara dedi: "Bu sıpanı nә üçün açırsınız?" 34 Onlar cavab verdilәr: "Bu sıpa Rәbbә lazımdır". 35 Sıpanı İsanın yanına gәtirdilәr vә öz paltarlarını sıpanın üstünә sәrib İsanı onun belinә mindirdilәr. 36 O irәli gedәrkәn insanlar öz paltarlarını yola döşәyirdi. 37 İsa Zeytun dağının aşağı düşәn yamacına yaxınlaşanda çoxlu şagird gördüklәri bütün möcüzәlәr üçün sevinib uca sәslә Allaha hәmd etmәyә başladı. 38 Onlar deyirdi: "Rәbbin ismi ilә gәlәn Padşaha alqış olsun! Göydә sülh, әn ucalarda izzәt olsun!" 39 İzdihamın arasından bәzi fariseylәr Ona dedilәr: "Müәllim, şagirdlәrinә qadağan et!" 40 Lakin İsa cavabında onlara dedi: "Sizә bunu deyirәm ki, әgәr onlar sussa, daşlar dilә gәlәr!" 41 İsa Yerusәlimә yaxınlaşanda ona baxıb şәhәr üçün ağladı. 42 O dedi: "Ah, kaş sәn dә bu gün sülhә aparan yolu tanıyaydın! Amma bu yol hәlәlik sәnin nәzәrindәn gizlәnib. 43 Çünki sәni elә günlәr gözlәyir ki, düşmәnlәrin sәni sәdlә әhatә edәcәk, mühasirәyә alacaq vә hәr yerdәn sıxışdıracaqlar. 44 Sәni dә, qucağındakı övladlarını da yerlә yeksan edәcәklәr. Daşını daş üstә qoymayacaqlar, çünki Allahın sәnә yaxınlaşdığı zamanı anlamadın". 45 İsa mәbәdә girib orada satıcılıq edәnlәri qovmağa başladı. 46 Onlara belә dedi: "“Mәnim evim dua evi olacaq” deyә yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!" 47 İsa hәr gün mәbәddә tәlim öyrәdirdi. Başçı kahinlәr, ilahiyyatçılar vә xalqın nüfuzlu adamları Onu öldürmәk üçün yol axtarırdı, 48 amma bunu necә edәcәklәrini bilmirdilәr. Çünki bütün xalq Onu böyük diqqәtlә dinlәyirdi.
Luka 20
1 Günlәrin birindә İsa mәbәddә xalqa tәlim öyrәdirdi vә Müjdәni yayırdı. Başçı kahinlәr, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 2 Ona dedilәr: "De görәk, Sәn bu işlәri hansı sәlahiyyәtlә edirsәn? Sәnә bu sәlahiyyәti kim verib?" 3 İsa onlara belә cavab verdi: "Mәn dә sizә bir sual verәcәyәm. Mәnә deyin: 4 Yәhyanın vәftizi göydәn idimi, yoxsa insanlardan?" 5 Onlarsa öz aralarında müzakirә edәrәk belә dedilәr: "Әgәr desәk “göydәn”, “Bәs nә üçün ona inanmadınız?” deyәcәk. 6 Amma desәk “insanlardan”, bütün xalq bizi daşqalaq edәr. Çünki xalq Yәhyanın peyğәmbәr olmasına әmindir". 7 Axırda Ona cavab verdilәr: "Biz bilmirik haradandır". 8 İsa da onlara dedi: "Bunları hansı sәlahiyyәtlә etdiyimi Mәn dә sizә demirәm". 9 İsa xalqa belә bir mәsәl çәkmәyә başladı: "Bir adam üzüm bağı saldı vә bağı bağbanlara icarәyә verәrәk uzun müddәtә başqa ölkәyә getdi. 10 Mәhsul vaxtı çatanda bağbanların yanına bir qul göndәrdi ki, onlar üzüm bağının mәhsulundan bir qәdәrini ona versinlәr. Lakin bağbanlar qulu döyәrәk әliboş geri qaytardılar. 11 Bağ sahibi başqa bir qul göndәrdi, amma onlar bunu da döyüb biabır etdilәr vә әliboş geri qaytardılar. 12 O, üçüncüsünü dә göndәrdi, amma onlar onu da yaralayıb qovdular. 13 Onda bağ sahibi dedi: “Mәn nә edim? Qoy öz sevimli oğlumu göndәrim, bәlkә ona hörmәt edәrlәr”. 14 Amma bağbanlar onu gördükdә öz aralarında danışıb dedilәr: “Varis budur. Gәlin onu öldürәk ki, miras bizә qalsın”. 15 Belәcә onu bağdan kәnara çıxarıb öldürdülәr. Belәliklә, bağ sahibi onlara nә edәcәk? 16 Gәlib hәmin bağbanları hәlak edәcәk vә bağı başqalarına verәcәk". Bunu eşidәnlәrsә dedi: "Qoy belә olmasın". 17 Amma İsa onların gözlәrinin içinә baxıb dedi: "Bәs bu Yazının mәnası nәdir? “Bәnnaların rәdd etdiyi daş Guşәdaşı olub”. 18 Bu daşın üstünә yıxılan hәr kәs parçalanacaq, daşsa kimin üzәrinә düşәrsә, onu әzәcәk". 19 İlahiyyatçılar vә başçı kahinlәr başa düşdülәr ki, İsa bu mәsәli onlar barәdә söylәdi. Ona görә dә hәmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular. 20 İsanı güdürdülәr vә yanına özlәrini dürüst insan kimi göstәrәn bir neçә casus göndәrdilәr. Onu dediyi söz üstә tutub valinin hökm vә sәlahiyyәtinә tәslim etmәk mәqsәdlәri var idi. 21 Onlar İsadan soruşdular: "Müәllim, biz bilirik ki, Sәn düz danışırsan, tәlim öyrәdirsәn vә heç kimә tәrәfkeşlik etmirsәn, ancaq Allahın yolunu hәqiqәtә görә öyrәdirsәn. 22 Bizim üçün qeysәrә vergi vermәyә icazә var ya yox?" 23 Amma İsa onların hiylәsini başa düşüb belә dedi: 24 "Mәnә bir dinar göstәrin. Onun üstündәki tәsvir vә yazı kimindir?" Onlar cavab verdilәr: "Qeysәrin". 25 İsa onlara dedi: "Onda qeysәrin haqqını qeysәrә, Allahın haqqını Allaha verin". 26 İsanı xalq qarşısında söz üstә tuta bilmәdilәr vә Onun cavabına heyrәt edib susdular. 27 Dirilmәnin olmadığını iddia edәn sadukeylәrdәn bәzisi İsanın yanına gәlib soruşdu: 28 "Müәllim, Musa bizim üçün belә yazmışdır: “Әgәr bir adamın evli qardaşı övladsız ölsә, o biri qardaş dul qalmış arvadı alıb ölәn qardaşın nәslini davam etdirsin”. 29 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı vә övladsız öldü. 30 İkincisi dә, 31 üçüncüsü dә bu arvadla evlәndi. Belәcә yeddisi dә özündәn sonra övlad qoymadan öldü. 32 Hamısından sonra bu qadın da öldü. 33 Ölülәr dirilәndә bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi dә bu qadını almışdı". 34 İsa onlara belә cavab verdi: "Bu dövrün insanları evlәnir vә әrә gedir. 35 Amma gәlәcәk dövrә yetişmәyә vә ölülәr arasından dirilmәyә layiq sayılanlar isә nә evlәnәcәk, nә dә әrә gedәcәk. 36 Artıq ölә dә bilmәzlәr, çünki mәlәklәrә bәnzәyirlәr vә dirilmә övladları olduqlarına görә onlar Allahın övladlarıdır. 37 Amma ölülәrin dirildiyini Musa da kolla bağlı әhvalatda Rәbbi “İbrahimin Allahı, İshaqın Allahı vә Yaqubun Allahı” adlandıraraq göstәrib. 38 Allah ölülәrin deyil, dirilәrin Allahıdır. Çünki Onun yanında hamı diridir". 39 İlahiyyatçıların bәzisi buna cavab olaraq dedi: "Müәllim, Sәn nә gözәl dedin". 40 Daha İsadan bir şey soruşmağa cәsarәt etmәdilәr. 41 Amma İsa onlara dedi: "Niyә Mәsih Davudun Oğludur deyirlәr? 42 Axı Davud özü Zәbur kitabında “Rәbb mәnim Ağama dedi: ‹Mәn düşmәnlәrini ayaqlarının altına kәtil kimi salanadәk Sağımda otur›” deyib. 44 Demәli, Davud Ona “Ağa” deyә müraciәt edir. O necә Davudun oğlu ola bilәr?" 45 Bütün xalq bu sözlәri dinlәyәndә İsa Öz şagirdlәrinә dedi: 46 "İlahiyyatçılardan özünüzü gözlәyin. Onlar uzun paltarlarda gәzmәyi xoşlayar, bazar meydanlarında salam almağı vә sinaqoqlarda baş kürsülәri, ziyafәtlәrdә yuxarı başı tutmağı sevәrlәr. 47 Onlar dul qadınların evlәrini yeyib-dağıdar vә özlәrini göstәrmәk üçün uzun-uzadı dua edәrlәr. Bu adamların cәzası daha ağır olacaq".
Luka 21
1 İsa başını qaldırıb baxdı vә mәbәdin ianә qutusuna ianәlәri atan varlı adamları gördü. 2 Bir kasıb dul qadını da gördü. O, ianә qutusuna iki lepton pul atdı. 3 İsa dedi: "Sizә hәqiqәti deyirәm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 4 Çünki onların hamısı varlarının artıqlığından ianә verdilәr, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün әlindә nә varsa, hamısını verdi". 5 Bәzi adamlar mәbәdin gözәl daşlar vә Allaha hәsr olunmuş tәqdimlәrlә bәzәndiyini söylәyәrkәn İsa dedi: 6 "Elә günlәr gәlәcәk ki, burada gördüyünüz şeylәrin daşı daş üstündә qalmayacaq, hamısı yerlә yeksan olacaq". 7 Ondan soruşdular: "Müәllim, bәs bu dediklәrin nә vaxt baş verәcәk? Bunlar baş vermәk üzrә olanda hansı әlamәtlәr olacaq?" 8 İsa dedi: "Ehtiyatlı olun, aldanmayın! Çünki Mәnim adımla çox adam gәlib “mәn Oyam” vә “vaxt yaxınlaşıb” deyәcәk. Onların ardınca getmәyin. 9 Müharibәlәr vә üsyanlar barәdә eşidәndә tәlaşa düşmәyin. Çünki bunlar әvvәlcәdәn baş vermәlidir, amma hәr şeyin axırı tez gәlmәyәcәk". 10 Sonra onlara belә dedi: "Millәt millәtә, padşahlıq padşahlığa qarşı çıxacaq. 11 Güclü zәlzәlәlәr, yerbәyer aclıq vә vәba, dәhşәtli hadisәlәr vә göydәn böyük әlamәtlәr olacaq. 12 Amma bütün bu hadisәlәrdәn әvvәl Mәnim adıma görә sizi yaxalayacaqlar, tәqib edәcәklәr, sinaqoqlara vә zindanlara tәslim edәcәklәr, padşahların vә valilәrin qarşısına aparacaqlar. 13 Bu işlәr şәhadәt etdiyiniz vaxt olacaq. 14 Buna görә dә ürәyinizdә qәrara alın ki, özünüzü necә müdafiә edәcәyiniz barәdә әvvәlcәdәn düşünmәyәsiniz. 15 Çünki Mәn sizә elә danışıq qabiliyyәti vә hikmәt verәcәyәm ki, sizә qarşı çıxanların heç biri nә ona etiraz edә bilәcәk, nә dә ona qarşı dura bilәcәk. 16 Hәtta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız vә dostlarınız sizi tәslim edәcәk vә bәzinizi edam etdirәcәk. 17 Mәnim adıma görә hamı sizә nifrәt edәcәk. 18 Amma başınızdan bir tük belә, әskik olmayacaq. 19 Dayanıb dözmәklә canlarınızı qurtarın. 20 Qoşunların Yerusәlimi mühasirә etdiyini görәndә bilin ki, onun viranә qalacağı vaxt yaxınlaşmışdır. 21 O zaman Yәhudeyada olanlar dağlara qaçsın, şәhәrdә olanlar oradan çıxsın vә әtrafda olanlar oraya girmәsin. 22 Çünki bu günlәr qisas günlәridir ki, bütün yazılanlar yerinә yetsin. 23 Hәmin günlәr hamilәlәrin vә körpә әmizdirәnlәrin vay halına! Çünki yer üzünün başına böyük fәlakәt gәlәcәk vә bu xalq qәzәbә uğrayacaq. 24 Onlar qılıncdan keçirilәcәk vә bütün millәtlәr arasına әsirliyә aparılacaq. Başqa millәtlәrin vaxtı tamam olanadәk Yerusәlim başqa millәtlәrin ayağı altında tapdalanacaq. 25 Günәşdә, ayda vә ulduzlarda әlamәtlәr görünәcәk. Yer üzündә dәnizin vә dalğaların gurultusundan millәtlәr çaşqınlıq içindә qalıb әzab çәkәcәk. 26 İnsanlar qorxudan vә dünya üzәrinә gәlәn fәlakәtlәri gözlәmәkdәn huşunu itirәcәk, çünki sәma cisimlәri lәrzәyә gәlәcәk. 27 O zaman onlar Bәşәr Oğlunun bulud içindә qüdrәt vә böyük izzәtlә gәldiyini görәcәk. 28 Bu hadisәlәr yerinә yetmәyә başladıqda başınızı qaldırın vә yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır". 29 İsa onlara bir mәsәl dә çәkdi: "Әncir ağacına vә bütün ağaclara baxın: 30 onların yarpaqlandığını görәndә bilirsiniz ki, yay fәsli artıq yaxındır. 31 Elәcә siz dә bu şeylәrin baş verdiyini görәndә bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 32 Sizә doğrusunu deyirәm: bu nәsil ömrünü sona çatdırmazdan әvvәl bütün bunlar baş verәcәk. 33 Yer vә göy keçib-gedәcәk, amma Mәnim sözlәrim әsla keçib-getmәyәcәk. 34 Özünüzә fikir verin! Qoy ürәklәriniz eyş-işrәt vә sәrxoşluqla, bu hәyatın qayğıları ilә yüklәnmәsin. Qoy qiyamәt günü bir tәlә kimi üzәrinizә qәflәtәn gәlmәsin. 35 Çünki o gün yer üzündә yaşayanların hamısının üstünә gәlәcәk. 36 Ona görә dә baş verәcәk bütün bu fәlakәtlәrdәn qaçıb Bәşәr Oğlunun önündә dura bilmәk üçün hәr an dua edәrәk ayıq olun". 37 İsa gündüzlәr mәbәddә tәlim öyrәdirdi, gecәlәri isә oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 38 Sәhәr tezdәn bütün xalq İsanı dinlәmәk üçün Onun yanına, mәbәdә gәlirdi.
Luka 22
1 Pasxa adlanan Mayasız Çörәk bayramı yaxınlaşırdı. 2 Başçı kahinlәr vә ilahiyyatçılar İsanı öldürmәk üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. 3 O zaman Şeytan On İki şagirddәn biri olan İskaryot adlanan Yәhudanın ürәyinә girdi. 4 O da gedib başçı kahinlәr vә mәbәd mühafizәçilәrinin başçıları ilә danışdı ki, İsanı necә onlara tәslim etsin. 5 Onlar sevindilәr vә ona pul vermәyә razı oldular. 6 Buna söz verәn Yәhuda İsanı xalqdan gizlin onlara tәslim etmәk üçün fürsәt axtarmağa başladı. 7 Pasxa quzusunun qurban kәsilmәli olduğu Mayasız Çörәk bayramı günü gәldi. 8 İsa Peter vә Yәhyanı qabaqca göndәrib "gedin, Pasxa yemәyimiz üçün bizә hazırlıq görün" dedi. 9 Onlarsa İsadan soruşdu: "Harada hazırlıq görmәyimizi istәyirsәn?" 10 İsa onlara dedi: "Bax siz şәhәrә girәndә qarşınıza sәhәnglә su daşıyan bir nәfәr çıxacaq. Onun ardınca gedin vә onun girәcәyi evә girin. 11 Oranın sahibinә deyin: “Müәllim sәnә deyir: ‹Şagirdlәrimlә birgә Pasxa yemәyini yeyәcәyim qonaq otağı haradadır?›” 12 Ev sahibi sizә yuxarı mәrtәbәdә hәr şeyi hazırlanmış böyük bir otaq göstәrәcәk. Orada hazırlıq işlәri görün". 13 Onlar gedib hәr şeyin Onun dediyi kimi olduğunu gördülәr vә Pasxa yemәyi üçün hazırlıq etdilәr. 14 Yemәk vaxtı çatanda İsa hәvarilәrlә süfrәyә oturdu. 15 İsa onlara dedi: "Mәn әzab çәkmәzdәn әvvәl bu Pasxa yemәyini sizinlә birgә yemәyi çox arzulayırdım. 16 Sizә bunu deyirәm: Pasxa Allahın Padşahlığında yerinә yetәnәdәk Mәn bir daha onu yemәyәcәyәm". 17 Sonra İsa bir kasa götürüb şükür etdi vә dedi: "Bunu götürün vә aranızda bölüşdürün. 18 Mәn sizә deyirәm: Allahın Padşahlığı gәlәnәdәk üzüm ağacının mәhsulundan әsla içmәyәcәyәm". 19 Sonra İsa çörәk götürdü, şükür edib onu böldü vә şagirdlәrә verәrәk dedi: "Bu Mәnim sizin üçün verilәn bәdәnimdir. Bunu Mәni xatırlamaq üçün edin". 20 Elәcә dә axşam yemәyindәn sonra kasanı götürüb dedi: "Sizin üçün axıdılan bu kasa Mәnim qanımla bağladığım Yeni Әhddir. 21 Amma budur, Mәnә xәyanәt edәn Mәnimlә birlikdә әlini bu süfrәyә uzadır. 22 Bәşәr Oğlu tәyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xәyanәt edir!" 23 Şagirdlәr aralarında bunu kimin edәcәyini araşdırmağa başladılar. 24 Aralarında onlardan kimin әn böyük sayılacağı barәsindә bir mübahisә dә oldu. 25 Amma İsa onlara dedi: "Millәtlәrin padşahları onların üzәrindә hökm edir vә bu hakimiyyәtdә olanlar himayәdar adlanır. 26 Amma siz belә olmayın. Aranızda әn böyük olan әn kiçik kimi olsun vә rәhbәrlik edәn xidmәtçi kimi olsun. 27 Axı kim daha böyükdür, süfrәdә oturan, yoxsa xidmәt edәn? Süfrәdә oturan deyilmi? Mәnsә sizin aranızda xidmәtçi kimiyәm. 28 Keçirdiyim sınaqlarda Mәnimlә qalanlar sizsiniz. 29 Atam Mәnә bir padşahlıq tapşırdığı kimi Mәn dә sizә bir padşahlıq tapşırıram; 30 belә ki Mәnim Padşahlığımda süfrәmdә yeyib-içәsiniz vә İsrailin on iki qәbilәsinә hökm etmәk üçün taxtlarda oturasınız. 31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xәlbirdәn keçirmәyә icazә istәdi. 32 Amma Mәn imanın itmәsin deyә sәnin üçün dua etdim. Sәn dә bir zaman geri dönüb öz qardaşlarını qüvvәtlәndir". 33 O, İsaya cavab verdi: "Ya Rәbb, mәn Sәninlә zindana da, ölümә dә getmәyә hazıram". 34 Amma İsa dedi: "Peter, sәnә bunu deyirәm: bu gün xoruz banlamazdan әvvәl sәn Mәni tanıdığını üç dәfә inkar edәcәksәn". 35 Sonra şagirdlәrә dedi: "Mәn sizi kisәsiz, torbasız vә çarıqsız göndәrәndә bir şeydә korluq çәkmisinizmi?" Onlar cavab verdi: "Heç bir şeydә". 36 Onda İsa onlara dedi: "İndi isә kisәsi vә torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 37 Çünki sizә deyirәm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Mәndә tam yerinә yetmәlidir. Çünki Mәnim barәmdә yazılanlar tamam olur". 38 Onlar dedi: "Ya Rәbb, budur, burada iki qılınc var". O isә onlara dedi: "Bu kifayәtdir". 39 İsa çıxıb adәtinә görә Zeytun dağına getdi. Şagirdlәr dә Onun ardınca getdi. 40 Oraya çatanda İsa onlara dedi: "Dua edin ki, sınağa düşmәyәsiniz". 41 İsa Özü isә onlardan bir daş atımı qәdәr uzaqlaşdı vә diz çöküb dua etdi. 42 O belә dedi: "Ey Ata, әgәr Sәnin iradәnә mәqbuldursa, bu kasanı Mәndәn uzaqlaşdır. Amma Mәnim yox, Sәnin iradәn olsun". 43 Göydәn bir mәlәk İsaya göründü vә Onu qüvvәtlәndirdi. 44 İsa dәhşәtli iztirab içindә daha sәylә dua edirdi. Onun tәri yerә düşәn qan damlalarına bәnzәyirdi. 45 İsa duadan qalxıb şagirdlәrin yanına gәldi, onları kәdәrdәn üzülmüş vә yatmış tapdı. 46 O, şagirdlәrә dedi: "Nә üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşmәyәsiniz". 47 İsa hәlә danışarkәn bir izdiham göründü. On İki şagirddәn biri, Yәhuda adlı bir nәfәr onlardan qabaqda gedirdi. O, İsanı öpmәk üçün yaxınlaşdı. 48 Amma İsa ona dedi: "Yәhuda, sәn Bәşәr Oğlunu bir öpüşlәmi satırsan?" 49 İsanın әtrafında olanlar nә baş verәcәyini görәndә Ona dedilәr: "Ya Rәbb, bәlkә qılıncla vuraq?" 50 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 51 Lakin İsa dedi: "Bәsdir, elәmәyin". Sonra qulun qulağına toxunaraq onu sağaltdı. 52 İsa üstünә gәlәn başçı kahinlәrә, mәbәd mühafizәçilәrinin başçılarına vә ağsaqqallara dedi: "Nә üçün quldur üstünә gәlәn kimi qılınc vә dәyәnәklәrlә gәlmisiniz? 53 Mәn hәr gün mәbәddә sizinlә birlikdә olanda siz Mәnә әl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmәt hökmranlığıdır". 54 İsanı tutub apardılar vә baş kahinin evinә gәtirdilәr. Peter isә uzaqdan Onun ardınca gedirdi. 55 Hәyәtin ortasında tonqal qalanmışdı. Peter gәlib onun әtrafında oturanların arasında oturdu. 56 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqәtlә baxıb dedi: "Bu adam da İsa ilә birlikdә idi". 57 Amma Peter "Ay arvad, mәn Onu tanımıram!" deyәrәk Onu inkar etdi. 58 Bir az sonra başqa bir adam onu görüb dedi: "Sәn dә onlardansan". Amma Peter dedi: "Ay kişi, mәn deyilәm!" 59 Bir saata yaxın vaxt keçdi vә digәr bir adam tәkidlә dedi: "Doğrudan da, bu adam da Onunla birlikdә idi, çünki Qalileyalıdır". 60 Amma Peter dedi: "Ay kişi, dediyini başa düşmürәm". Elә o danışdığı an xoruz banladı. 61 Onda Rәbb dönüb Peterә baxdı. Peter Rәbbin "bu gün xoruz banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn" dediyi sözü yadına saldı. 62 Ona görә oradan çıxıb hönkür-hönkür ağladı. 63 İsanı tutub saxlayan adamlar Onu әlә sala-sala döyürdü. 64 Onun gözlәrini bağlayıb Ondan soruşurdular: "Peyğәmbәrlik elә görәk, Sәni vuran kimdir?" 65 Ona başqa sözlәr deyib çoxlu böhtan atırdılar. 66 Sәhәr açıldıqda xalqın ağsaqqalları, başçı kahinlәr vә ilahiyyatçılar yığıldı vә İsanı öz Ali Şuralarına gәtirdilәr. 67 Onlar dedilәr: "Bizә de, Mәsih Sәnsәnmi?" İsa onlara dedi: "Әgәr sizә desәm, inanmazsınız. 68 Әgәr sizdәn soruşsam, Mәnә cavab vermәyәcәksiniz. 69 Bundan sonra isә Bәşәr Oğlu qüdrәtli Allahın sağında oturacaq". 70 Onların hamısı dedi: "Demәli, Sәn Allahın Oğlusan?" İsa onlara cavab verdi: "Sizin dediyiniz kimi O Mәnәm". 71 Onda onlar dedilәr: "Artıq şәhadәtә nә ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik".
Luka 23
1 Ali Şura üzvlәrinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 2 Onu ittiham etmәyә başlayaraq dedilәr: "Biz gördük ki, bu adam millәtimizi yoldan çıxarır. Qeysәrә vergi vermәyә mane olur vә Özünü Mәsih, Padşah adlandırır". 3 Pilat Ondan "Yәhudilәrin Padşahı Sәnsәnmi?" deyә soruşdu. İsa cavabında ona dedi: "Sәnin dediyin kimidir". 4 Pilat başçı kahinlәrә vә xalqa dedi: "Mәn bu Adamda heç bir tәqsir görmürәm". 5 Amma onlar tәkid edәrәk deyirdilәr: "Bu Adam Qalileyadan tutmuş bu yerә qәdәr bütün Yәhudeyada tәlim öyrәdәrәk xalqı tәşvişә salır". 6 Pilat Qalileya barәdә eşidәrәk soruşdu: "Mәgәr bu Adam Qalileyalıdır?" 7 İsanın Hirodun idarә etdiyi vilayәtdәn olduğunu bildikdә Onu Hirodun yanına göndәrdi. Çünki o günlәr Hirod da Yerusәlimdә idi. 8 Hirod İsanı gördükdә çox sevindi. Onun haqqında eşitdiyi şeylәrә görә Onu çoxdan görmәk istәyirdi. Ondan bir әlamәt görmәyi umurdu. 9 Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermәdi. 10 Başçı kahinlәr vә ilahiyyatçılar durub Onu şiddәtlә ittiham edirdilәr. 11 Hirod öz әsgәrlәri ilә Onu tәhqir edib әlә saldı. Onun әyninә bir gözәl paltar geyindirib Pilatın yanına qaytardı. 12 Әvvәllәr düşmәn olan Pilatla Hirod o gün bir-biri ilә dostlaşdı. 13 O zaman Pilat başçı kahinlәri, rәhbәrlәri vә xalqı toplayıb 14 onlara dedi: "Siz bu Adamı mәnim yanıma buna görә gәtirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mәn sizin qarşınızda mәsәlәni araşdırıb bu Adamı sizin irәli sürdüyünüz ittihamların heç birindә tәqsirkar görmәdim. 15 Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizә geri göndәrdi. Budur, O, ölüm cәzasına layiq heç bir şey etmәyib. 16 Buna görә dә mәn Onu cәzalandırıb azad edәcәyәm". 17 Амма бьтьн халг бирликдж зэрэрэрдэ: «Бу Адам цлдьрьлсьн! Бизж Бараббанэ азад ет!» 18 Amma bütün xalq birlikdә çığırırdı: "Bu Adam öldürülsün! Bizә Barabbanı azad et!" 19 Barabba şәhәrdә üsyan qaldırmaq vә adam öldürmәk üstündә zindana atılmışdı. 20 Pilat İsanı azad etmәk istәyәrәk yenә dә sәsini ucaltdı. 21 Amma onlar "Onu çarmıxa çәk, çarmıxa çәk!" deyә bağırırdı. 22 Pilat üçüncü dәfә onlara dedi: "Axı O nә pislik edib? Mәn Onda ölüm cәzasına layiq heç bir tәqsir görmәdim. Buna görә dә Onu cәzalandırıb azad edәcәyәm". 23 Amma onlar tәkid edәrәk uca sәslә tәlәb edirdilәr ki, O, çarmıxa çәkilsin. Onların sәsi hamıdan bәrk gәlirdi. 24 Pilat onların tәlәbini yerinә yetirmәk qәrarına gәldi. 25 Üsyan qaldırıb adam öldürdüyünә görә zindana atılmış adamı onların tәlәbinә görә azad etdi. İsanı isә onların ixtiyarına tәslim etdi. 26 Әsgәrlәr İsanı apararkәn kәnd yerindәn gәlәn Şimon adlı Kirenalı bir nәfәri yaxaladılar. Çarmıxı onun boynuna yüklәyib İsanın ardınca daşımağa mәcbur etdilәr. 27 İsanın ardınca böyük bir izdiham vә Onun üçün ağlayıb nalә çәkәn qadınlar gedirdi. 28 İsa onlara tәrәf dönüb dedi: "Ey Yerusәlim qızları, Mәnim üçün ağlamayın. Özünüz vә övladlarınız üçün ağlayın. 29 Çünki elә günlәr gәlir ki “Nә bәxtiyardır sonsuz, doğmamış bәtnlәr vә әmizdirmәmiş döşlәri olan qadınlar!” deyәcәklәr. 30 “O zaman dağlara ‹Üstümüzә yıxılın!›, tәpәlәrә ‹Bizi örtün!› demәyә başlayacaqlar”. 31 Çünki yaşıl ağacın başına bunları gәtirirlәrsә, bәs qurumuş ağaca nә olacaq?" 32 İsa ilә birlikdә iki cinayәtkar da edama aparıldı. 33 Kәllә adlanan yerә gәlәndә orada Onu vә cinayәtkarları – birini sağında, birini dә solunda çarmıxa çәkdilәr. 34 Amma İsa deyirdi: "Ata! Onları bağışla, çünki nә etdiklәrini bilmirlәr". Püşk ataraq paltarlarını aralarında bölüşdürdülәr. 35 Camaat durub tamaşa edirdi. Onlarla birlikdә rәhbәrlәr dә İsaya istehza edib deyirdilәr: "Başqalarını xilas edirdi. Әgәr O, Allahın seçdiyi Mәsihdirsә, qoy Özünü dә xilas etsin!" 36 Әsgәrlәr dә yaxınlaşıb Onu әlә saldı. Ona şәrab sirkәsi tәqdim edib 37 belә dedilәr: "Әgәr Sәn Yәhudilәrin Padşahısansa, Özünü xilas et!" 38 Onun üzәrindә "Yәhudilәrin Padşahı budur" yazısı yazılmışdı. 39 Çarmıxa asılmış cinayәtkarlardan biri Ona böhtan ataraq deyirdi: "Mәgәr Sәn Mәsih deyilsәn? Özünü dә, bizi dә xilas et!". 40 O biri cinayәtkarsa ona qadağan edәrәk deyirdi: "Sәn heç Allahdan qorxmursan? Sәn özün dә eyni cәzaya mәhkum olmusan! 41 Biz әdalәtlә mәhkum olunmuşuq, çünki әmәllәrimizә layiq olan әvәzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etmәmişdi". 42 Sonra İsaya dedi: "Ay İsa, Öz Padşahlığına gәlәndә mәni xatırla!" 43 İsa ona dedi: "Sәnә doğrusunu deyirәm: bu gün sәn Mәnimlә birlikdә cәnnәtdә olacaqsan". 44 Gündüz altıncı saat idi. Doqquzuncu saata qәdәr bütün yer üzünә qaranlıq çökdü, 45 günәş işığını saçmırdı. Mәbәdin pәrdәsi ortadan parçalandı. 46 İsa uca sәslә nida edәrәk dedi: "Ey Ata! Ruhumu Sәnin әlinә verirәm". İsa bunu deyib axır nәfәsini verdi. 47 Bunları görәn yüzbaşı "doğrudan da, bu Adam saleh idi" deyәrәk Allahı izzәtlәndirdi. 48 Bunlara tamaşa etmәk üçün yığılan bütün camaat baş verәn hadisәni gördükdә sinәsinә döyә-döyә geri döndü. 49 İsanı tanıyan adamların hamısı vә Onun ardınca Qalileyadan gәlmiş qadınlar uzaqda durub olub-keçәnlәrә baxırdı. 50 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah vә saleh bir kişi var idi. 51 O, Ali Şuranın qәrarı vә әmәli ilә razı olmamışdı. Bu adam Yәhudeyanın Arimateya şәhәrindәn idi vә o da Allahın Padşahlığını gözlәyirdi. 52 O, Pilatın yanına gedib İsanın cәsәdini istәdi. 53 Cәsәdi çarmıxdan endirib kәfәnә bükdü vә qayada qazılmış, hәlә indiyәdәk heç kimin dәfn edilmәdiyi bir qәbirә qoydu. 54 O gün Hazırlıq günü idi vә Şәnbә günü yaxınlaşırdı. 55 İsa ilә Qalileyadan gәlmiş qadınlar da Yusifin ardınca gedib qәbiri vә Onun cәsәdinin necә qoyulduğunu gördülәr. 56 Onlar evlәrinә qayıdıb әtirli maddәlәr vә qiymәtli yağlar hazırladılar. Şәnbә günü Allahın әmri ilә istirahәt etdilәr.
Luka 24
1 Hәftәnin ilk günü sәhәr çox erkәn qadınlar hazırladıqları әtirlәri götürüb qәbirin yanına gәldilәr. 2 Qәbirin qapısındakı daşı yuvarlanmış gördülәr. 3 Amma içәri girib Rәbb İsanın cәsәdini tapmadılar. 4 Onlar bundan çaşqınlıq içindә olarkәn şimşәk kimi parıldayan paltar geymiş iki kişi qәflәtәn onların qarşısında peyda oldu. 5 Qadınlar tәlaş içindә üzüstә yerә sәrildi. Kişilәr soruşdu: "Nә üçün siz Dirini ölülәr arasında axtarırsınız? 6 O burada yoxdur, O dirilmişdir! Hәlә Qalileyada olarkәn Onun sizә dediklәrini yadınıza salın. 7 Demişdi ki, “Bәşәr Oğlu günahkar insanlara tәslim olmalı, çarmıxa çәkilmәli vә üçüncü gün dirilmәlidir”". 8 Qadınlar da İsanın sözlәrini yada saldılar. 9 Qәbirdәn qayıdan qadınlar bütün bunları On Bir şagirdә vә başqa adamların hamısına xәbәr verdilәr. 10 Hәvarilәrә bu xәbәri çatdıranlar Mәcdәlli Mәryәm, Yoxanna, Yaqubun anası Mәryәm vә onlarla birgә olan digәr qadınlar idi. 11 Amma bu sözlәr hәvarilәrә mәnasız göründü vә qadınlara inanmadılar. 12 Peter isә qalxıb qәbirә tәrәf qaçdı. O әyilib yalnız kәtan bezlәri gördü vә bu hadisәyә heyrәt edәrәk öz evinә qayıtdı. 13 Elә o gün onlardan ikisi Yerusәlimdәn altmış stadi uzaqlığında yerlәşәn Xamma adlı kәndә gedirdi. 14 Onlar olub-keçәn bütün bu hadisәlәr barәdә öz aralarında söhbәt edirdi. 15 Onlar söhbәt edәrәk öz aralarında müzakirә edәrkәn İsa Özü yaxınlaşıb onlarla birlikdә yol getdi. 16 Amma onların gözlәri bağlanmışdı, buna görә dә Onu tanımadılar. 17 İsa onlardan soruşdu: "Siz yol gedә-gedә öz aranızda nә barәdә danışırsınız?" Onlar qaşqabaqlı dayandılar. 18 Onlardan Kleopa adlı bir nәfәr İsaya cavab verdi: "Yerusәlimdә qalıb vә bu günlәrdә orada baş vermiş hadisәlәrdәn xәbәri olmayan bircә sәnsәnmi?" 19 İsa onlara dedi: "Hansı hadisәlәrdәn?" Onlar da Ona dedi: "Nazaretli İsa barәsindәki hadisәlәrdәn. O, Allahın vә bütün xalqın önündә әmәldә vә sözdә qüdrәtli bir peyğәmbәr idi. 20 Bizim başçı kahin vә rәhbәrlәrimiz Onu ölümә mәhkum etmәk üçün tәslim edib çarmıxa çәkdirdilәr. 21 Biz dә ümid edirdik ki, bu, İsrailin gәlәcәk Satınalanıdır. Bundan әlavә, bu hadisәlәr artıq üç gündür ki, baş verib. 22 Üstәlik bizim qadınlardan bәzisi dә bizi mat qoydular: onlar sәhәr erkәn qәbir üstünә gedib 23 Onun cәsәdini orada tapa bilmәyiblәr vә gәlib dedilәr ki, görüntüdә Onun diri olduğunu bәyan edәn mәlәklәri görüblәr. 24 Bizimlә olan bәzilәri qәbirә gedib oranı qadınların dediyi kimi olduğunu müәyyәn etdilәr, amma Onu görmәdilәr". 25 Onda İsa onlara dedi: "Ey ağılsızlar vә peyğәmbәrlәrin xәbәr verdiklәrinә inanmaq üçün ürәyindә lәngiyәnlәr! 26 Mәsih bu әzabları çәkib Öz izzәtinә qovuşmalı deyildimi?" 27 Sonra Musa ilә bütün Peyğәmbәrlәrdәn başlayaraq Müqәddәs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. 28 Onlar getdiklәri kәndә yaxınlaşdılar. İsa Özünü yoluna davam etmәk istәyәn kimi apardı. 29 Amma onlar İsadan tәkidlә xahiş edib dedilәr: "Bizimlә qal, çünki axşam düşür vә gün batmaq üzrәdir". O da onlarla qalmaq üçün içәri girdi. 30 İsa onlarla süfrәyә oturanda çörәk götürüb şükür duası etdi, böldü vә onlara verdi. 31 Bu anda onların gözlәri açıldı vә onlar İsanı tanıdı. Amma İsa onlar üçün görünmәz oldu. 32 Onlar bir-birlәrinә dedi: "O, yolda bizimlә danışıb vә Müqәddәs Yazıları bizә izah edәndә bizim ürәklәrimiz alışıb-yanmırdımı?" 33 Onlar elә o saat qalxıb Yerusәlimә qayıtdılar, On Bir şagirdi vә onlarla birlikdә olanları bir yerdә toplaşmış gördülәr. 34 Bunlar deyirdi: "Rәbb, doğrudan da, dirilmiş vә Şimona görünmüşdür". 35 Onlar da yolda baş verәnlәri vә çörәyi böldüyü zaman Onu necә tanıdıqlarını nәql etdilәr. 36 Onlar bu barәdә danışarkәn İsa Özü aralarında durub onlara "Sizә salam olsun!" dedi. 37 Onlarsa çaşıb dәhşәtә gәlәrәk bir ruh gördüklәrini zәnn etdilәr. 38 Amma İsa onlara dedi: "Nә üçün tәlaşa düşürsünüz? Nәyә görә ürәklәrinizә belә fikirlәr gәlir? 39 Әllәrimә vә ayaqlarıma baxın. Bu – Mәn Özümәm! Mәnә toxunun vә baxın, çünki Mәndә olduğunu gördüyünüz kimi ruhun әti vә sümüyü olmur". 40 İsa bunu deyib onlara әllәrini vә ayaqlarını göstәrdi. 41 Onlar hәlә sevincdәn inanmayıb heyrәtlәnәrkәn İsa onlara dedi: "Burada yemәyә bir şey varmı?" 42 Ona bir tikә bişmiş balıq verdilәr. 43 İsa da yemәyi götürüb onların qabağında yedi. 44 Sonra İsa onlara dedi: "Sizinlә birgә olarkәn söylәdiyim sözlәr bunlardır: Musanın Qanununda, Peyğәmbәrlәrin kitablarında vә Zәburda Mәnim haqqımda yazılanların yerinә yetirilmәsi lazımdır". 45 Bundan sonra Müqәddәs Yazıları anlamaq üçün onların zehnini açdı. 46 İsa onlara dedi: "Belә yazılıb: Mәsih әzab çәkib üçüncü gün ölülәr arasından dirilmәlidir. 47 Yerusәlimdәn başlayaraq bütün millәtlәrә günahların bağışlanması üçün tövbә Onun adı ilә vәz edilmәlidir. 48 Siz bu hadisәlәrin şahidisiniz. 49 Budur, Mәn Öz Atamın vәd etdiyini sizә göndәrәcәyәm. Sizsә ucalardan gәlәn qüvvәyә bürünәnәdәk bu şәhәrdә qalın". 50 İsa onları şәhәrdәn kәnara çıxarıb Bet-Anyayadәk gәtirdi vә әllәrini qaldırıb onlara xeyir-dua verdi; 51 xeyir-dua verәrkәn onlardan uzaqlaşdı vә göyә aparıldı. 52 Şagirdlәri dә İsaya sәcdә etdilәr vә böyük sevinclә Yerusәlimә qayıtdılar. 53 Onlar daim Allaha alqış edәrәk mәbәddә olurdular. 

 http://gospelgo.com/u/azeri_nt.htm#Luke

Nenhum comentário:

Postar um comentário