domingo, 19 de abril de 2015

Titә: Azerbaijan


Titә 1
1 Allahın qulu vә İsa Mәsihin hәvarisi, mәn Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyә uyğun olan hәqiqәti dәrk etmәlәri üçün tәyin olundum. 2 Allah yolu әbәdi hәyat ümidinә әsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan әvvәl vәd etmişdi. 3 Xilaskarımız Allah Öz әmrinә görә mәnә әmanәt edilmiş vәzlә kәlamını vaxtında aşkar etdi. 4 Ümumi imana görә mәnә әsl oğul olan Titә Ata Allahdan vә Xilaskarımız Mәsih İsadan lütf vә sülh olsun! 5 Tamamlanmamış işlәri sahmana salasan vә sәnә tapşırdığım kimi hәr şәhәrdә cәmiyyәt ağsaqqalları tәyin edәsәn deyә sәni Kritdә saxladım. 6 Ağsaqqal seçilәn şәxs nöqsansız vә tәk arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mәnәviyyatsızlıqda ittiham olunan yaxud itaәtsiz olmamalıdır. 7 Çünki cәmiyyәt nәzarәtçisi Allahın iş idarәçisi olduğuna görә nöqsansız olmalıdır. Dikbaş, hirsli, şәrab düşkünü, zorakı, haqsız qazanca hәris olmamalı, 8 әksinә qonaqpәrvәr, yaxşılığı sevәn, ağıllı-kamallı, saleh, müqәddәs, nәfsinә hakim olmalıdır. 9 Hәm başqalarına sağlam tәlimlә nәsihәt vermәyә, hәm dә ona qarşı çıxanları tәkzib etmәyә qadir olsun deyә aldığı tәlimә uyğun olan etibarlı kәlamı bәrk tutmalıdır. 10 Çünki, xüsusilә, sünnәt tәrәfdarları arasında bir çox itaәtsiz, boşboğaz vә saxtakar insanlar var. 11 Onları sakitlәşdirmәk lazımdır. Çünki onlar haqsız qazanc әldә etmәk üçün lazımsız şeylәri öyrәdәrәk bәzi ailәlәri tamamilә alt-üst edirlәr. 12 Onlardan biri – öz peyğәmbәrlәrindәn biri belә demişdir: "Kritlilәr daima yalançı, azğın heyvan, tәnbәl qarınquludur". 13 Bu şәhadәt etibarlıdır. Ona görә dә onları sәrt bir şәkildә mәzәmmәt et ki, imanları sağlam olsun, 14 Yәhudi әfsanәlәrinә vә hәqiqәtdәn dönәn insanların әmrlәrinә qulaq asmasınlar. 15 Paklar üçün hәr şey pakdır, lәkәli imansızlar üçünsә pak heç bir şey yoxdur. Amma onların hәm düşüncәsi, hәm dә vicdanı lәkәlәnmişdir. 16 Onlar Allahı tanıdıqlarını iqrar edirlәr, amma әmәllәri ilә bunu inkar edirlәr. İyrәnc vә itaәtsizdirlәr, heç bir yaxşı iş görmәyә yaramazlar.
Titә 2
1 Sәnsә sağlam tәlimә uyğun olanı öyrәt. 2 Yaşlı kişilәr ayıq, lәyaqәtli, ağıllı-kamallı, imanda, mәhәbbәtdә vә dözümdә sağlam olsunlar. 3 Yaşlı qadınlar da eyni şәkildә müqәddәslәrә yaraşan tәrzdә davransınlar. Böhtançı, şәrab düşkünü olmasınlar vә xeyirli şeylәri öyrәdәrәk 4 tәrbiyә etsinlәr ki, gәnc qadınlar әrlәrini vә uşaqlarını sevsin, 5 ağıllı-kamallı, ismәtli, evdar, xeyirxah, öz әrlәrinә tabe olsunlar. O zaman Allahın kәlamına küfr olunmaz. 6 Gәnc oğlanlara da ağıllı-kamallı olmaq üçün nәsihәt ver. 7 Yaxşı işlәr görәrәk hәr şeydә özünü nümunә göstәr. Tәlimdә dürüst vә lәyaqәtli olaraq 8 tәnqid olunmaz sağlam sözlәr danış ki, sәnә qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyә bilmәyib utansın. 9 Qulları başa sal ki, hәr şeydә öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 10 oğurluq etmәsinlәr, amma hәr baxımdan etibarlı olduqlarını göstәrsinlәr. Belәliklә, Xilaskarımız Allahın tәlimini hәr cәhәtdәn cazibәli etsinlәr. 11 Çünki Allahın bütün insanlara xilas gәtirәn lütfü zühur etdi. 12 Bu lütf bizi allahsızlığı vә dünyәvi ehtirasları rәdd edib, bu dövrdә ağıllı-kamallı, saleh vә möminliyә uyğun bir ömür sürmәyi öyrәdir. 13 Bu әrәfәdә bәxtiyarlıq gәtirәn ümidimizin gerçәklәşmәsini, ulu Allah vә Xilaskarımız İsa Mәsihin izzәtinin zühurunu gözlәyәk. 14 O Özünü bizim üçün fәda etdi ki, bizi hәr cür qanunsuzluqdan satın alsın, tәmizlәyib Özünә mәxsus vә yaxşı işlәrә sәy göstәrәn bir xalq yaratsın. 15 Bunları tam bir sәlahiyyәtlә bildir, nәsihәt ver vә mәzәmmәt et. Qoy heç kim sәnә hörmәtsizlik etmәsin.
Titә 3
1 İmanlılara xatırlat ki, başçılar vә hakimlәrә tabe olub itaәt etsinlәr. Hәr cür xeyirli iş görmәyә hazır olsunlar. 2 Heç kimә şәr atmasınlar, davakar deyil, mülayim olsunlar vә bütün insanlarla hәlim davransınlar. 3 Çünki bir zamanlar biz dә ağılsız, itaәtsiz, yolunu azmış, müxtәlif ehtiraslar vә zövqlәrә qul olan, kin, paxıllıq içindә yaşayan mәnfur vә bir-birimizә nifrәt edәn adamlar idik. 4 Amma Xilaskarımız Allah xeyirxahlığını vә insana olan sevgisini açıq göstәrdiyi zaman 5 bizim salehliklә etdiyimiz әmәllәrlә deyil, Öz mәrhәmәtinә görә bizi xilas etdi. Bunu bizi yumaqla, yәni Müqәddәs Ruhun bizi yenidәn doğuzdurub tәzәlәmәsi ilә etdi. 6 Allah Xilaskarımız İsa Mәsih vasitәsilә üzәrimizә bol-bol Müqәddәs Ruhu tökdü ki, 7 Onun lütfü ilә saleh sayılıb ümidimiz olan әbәdi hәyatın varisi olaq. 8 Bu söz etibarlıdır. Mәn bu şeylәrin üstündә durmağını istәyirәm ki, Allaha iman etmişlәr xeyirxah işlәrlә mәşğul olmağa diqqәt yetirsinlәr. Bu, insanlar üçün xeyirli vә faydalıdır. 9 Lakin axmaq mübahisәlәrdәn, nәsil şәcәrәlәrindәn, münaqişәlәrdәn, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız vә boş şeylәrdir. 10 Tәfriqәçi adamdan birinci vә ikinci xәbәrdarlıqdan sonra әlaqәni kәs. 11 Belә adamın yolunu azmış vә günahkar olduğuna әmin ola bilәrsәn. O öz-özünü mәhkum etmişdir. 12 Mәn Artema vә ya Tixiki yanına göndәrәn kimi çalış ki, yanıma, Nikopolisә gәlәsәn. Çünki qışı orada keçirmәyi qәrara almışam. 13 Qanunşünas Zena ilә Apollonu sәylә yola sal, qoy onların heç bir şeyә ehtiyacı olmasın. 14 Qoy bizimkilәr dә tәcili ehtiyacları ödәmәk üçün xeyirli işlәrlә mәşğul olmağı öyrәnsinlәr ki, bәhrәsiz qalmasınlar. 15 Yanımdakıların hamısı sәni salamlayır. Bizi sevәn imanlılara salam söylә. Hamınıza lütf olsun! 

 http://gospelgo.com/u/azeri_nt.htm#Titus

Nenhum comentário:

Postar um comentário